Tarix : 2012 Jul 16
Kod 31621

Əli Kərimli: ''Bu millət dünyada ilk məxməri inqilabları həyata keçirən millətdir''

Bunun nümunəsi olaraq, heç gözlənilmədiyi halda, vətəndaş cəmiyyətinin mühüm nümayəndəsi olan İntiqam Əliyevə qarşı gözlənilməz bir yerdən ...
/Aran Agentliyi

Xəbər verdiyimiz kimi, 16 iyul tarixi AXC-nin yaranmasının 23-cü ildönümüdür. Bu münasibətlə ölkədə ictimai-siyasi xadimlərin, ziyalıların və sadə insanların iştirakı ilə tədbir keçirilir.

Tədbirdə AXCP sədri Əli Kərimli çıxış edib. O, ilk öncə Xalq Cəbhəsinin yaranmasının tarixinə toxunub. Daha sonra ölkədəki vəziyyət barədə danışıb. Əli Kərimli qeyd edib ki, vətəndaş cəmiyyətinə hücumlar davam edir: "Bunun nümunəsi olaraq, heç gözlənilmədiyi halda, vətəndaş cəmiyyətinin mühüm nümayəndəsi olan İntiqam Əliyevə qarşı gözlənilməz bir yerdən - qardaş Türkiyədən ittihamlar qaldırılmağa başlayıb. Ümid edirik ki, qardaş Türkiyə dostlarını məyus etməyəcək. Biz də çalışıcağıq ki, vətəndaş cəmiyyəti olaraq, hamılıqla İntiqam Əliyevin yanında olaq".

Daha sonra Əli Kərimli qeyd edib ki, artıq Azərbaycan hakimiyyəti həm ölkədə, həm də dünyada öz legitimliyini itirib: "Biz bunu ona görə demirik ki, bütün ümidlrinmizi xaricə bağlayaq. Biz özümüzə güvənirik. Bu millət öz haqqını əldə etməyə qadirdi. Çünki bu millət dünyada ilk məxməri inqilabları həyata keçirən millətdir".

Deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Jul 16