Tarix : 2012 Jul 16
Kod 31622

İsa Qəmbər: ''AXC-nin yaranmasında əsas məqsəd müstəqillik, demokratiya və ölkədə rifahın əldə ol...

Mən bu zalda da bəzi insanları görürəm ki, Xalq Cəbhəsi Hərəkatının yaranmasında var idilər, fəaliyyət göstərirdilər
/Aran Agentliyi

Xəbər verdiyimiz kimi, 16 iyul tarixi AXC-nin yaranmasının 23-cü ildönümüdür. Bu münasibətlə ölkədə ictimai-siyasi xadimlərin, ziyalıların və sadə insanların iştirakı ilə tədbir keçirilib

Tədbirdə Müsavat başqanı İsa Qəmbər çıxış edib. İsa Qəmbər deyib: "Mən bu zalda da bəzi insanları görürəm ki, Xalq Cəbhəsi Hərəkatının yaranmasında var idilər, fəaliyyət göstərirdilər. O insanlardan bəziləri şəhid oldular, bəziləri ciddi məhrumiyyətlərə məruz qaldılar. Lakin bunlara baxmayaraq, insanlar öz mübarizələrini davam etdirdilər.

İsa Qəmbər bildirib ki, Xalq Cəbhəsi Hərəkatının yaranmasında əsas məqsəd müstəqillik, demokratiya və Azərbaycanda rifahın əldə olunması idi: "Müstəqilliyin əldə olunmasına baxmayaraq, hələ də Azərbaycanda demokratiya bərqərar olmayıb. Azərbaycanda müstəqilliyin əldə olunmasına baxmayaraq, insanların rifahı yüksək səviyyədə deyil.

O daha sonra qeyd edib ki, Azərbaycanın azadlığı uğurunda mübarizə aparan bəzi insanlar hazırda məhbəsdədirlər: "Biz onları buradan salamlayırıq. İnanırıq ki, onların qəlbi buradadır. İnanıram ki, 2014-cü ildə dövlət səviyyəsində Azərbaycan Xalq Cəbhəsi Hərəkatının 25 illiyini qeyd edəcəyik".

Deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Jul 16