Tarix : 2012 Jul 16
Kod 31623

Hacı Vaqifin şəhid olması islamçıları hərəkətə gətirib

AİP funksioneri Hacı Vaqif Abdullayevin Azərbaycan Respublikası həbsxanasında məzlumluqla şəhid olması xəlqi hisslərin islamçıların xeyrinə alovlanmasına səbəb olub
/Aran Agentliyi

AİP funksioneri Hacı Vaqif Abdullayevin Azərbaycan Respublikası həbsxanasında məzlumluqla şəhid olması xəlqi hisslərin islamçıların xeyrinə alovlanmasına səbəb olub.

Azərbaycan Respublikasının müxtəlif bölgələrindən əldə olunan məlumatlara görə, Azərbaycan Respublikası İslam partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Hacı Vaqif Abdullayevin həbsxanada məzlumluqla şəhid olması bu respublikada məhbus islamçı və ruhanilərin xeyrinə xəlqi hisslərin alovlanmasına səbəb olub.

Azərbaycan Respublikası daxili qanunlarına əsasən azad edilməli olan Hacı Vaqif Abdullayevin məzlumluğu və həbsxana məmurlarının məhbus xəstəyə qarşı rəhmsizliyi Azərbaycan Respublikasının hər bir yerində müxtəlif xəlqi dairələrdə müzakirə olunur və xalq bu cinayət amillərinə lənət edir.

Əldə olunan məlumata əsasən, Azərbaycan Respublikası müsəlman xalqının Hacı Vaqif Abdullayevin həbsxanada məzlumluq şəhid olması barəsində bu dərdə şərik çıxması elə bir şəraitdədir ki, belə hadisə son günlərdə müşahidə olunur. Halbuki bu fakt təxminən misli görünməmiş olub və keçmişdə Azərbaycan Respublikası həbsxanalarında qəsdən və işgəncə şəraitində qətlə yetirilən heç bir siyasi və qeyri-siyasi məhbuslar barəsində baş verməmişdir. Belə ki, hazırda Hacı Vaqif Abdullayev və Azərbaycan Respublikası orta məktəblərində hicab qadağasına etiraz edən digər məhbusların həbsi ilə nəticələnən hadisələrdən dəqiq məlumatı olanların sayı, eləcə də həbsxanada Hacı Vaqif Abdullayevin məzlumluqla şəhid olması ilə nəticələnən proseslər öncəki oxşar hadisələrlə müqayisədə qat-qat çoxdur.

Hacı Vaqif Abdullayevin həbsxanada məzlumluqla şəhid olması məsələsindən məlumatı olan vətəndaşların əksəriyyətinin reaksiyası da göstərir ki, Azərbaycan Respublikası həbsxanalarında insan haqlarının pozulmasına qarşı xalqın həssaslığı misli görünməmiş həddə artıb. Belə ki, bir çox vətəndaş cəmiyyətin bu barədə dözümünü mənfi fenomen hesab edir və bu vəziyyətə son qoyulmasının tərəfdarıdır.

  • Yazılıb
  • da (də) 2012 Jul 16