Tarix : 2012 Jul 16
Kod 31624

Bakıdakı sionist səfir ümumi fikri yayındırmağa çalışır

Sionist İsrail rejiminin qondarma “Dağlıq Qarabağ Respublikası” ilə əməkdaşlığının yeni cəhətlərinin ifşa olunması ilə bu rejimin Bakıdakı səfiri əsassız ...
/Aran Agentliyi

Sionist İsrail rejiminin qondarma “Dağlıq Qarabağ Respublikası” ilə əməkdaşlığının yeni cəhətlərinin ifşa olunması ilə bu rejimin Bakıdakı səfiri əsassız açıqlamalarla ümumi fikri bu məsələdən yayındırmağa çalışır.

Azərbaycan Respublikası xəbər mənbələri, o cümlədən Bakı Xəbərin verdiyi məlumata görə, Mixail Lavon Lotem iddia edib ki, Qarabağa səfər edən bu rejim vətəndaşlarından bir neçəsi turistdir.

Belə bir halda bildirilir ki, bu sionist heyət Qarabağ mədənlərində investisiyanın yatırılması şəraitini araşdırmaq məqsədilə bu bölgəyə səfər edib.

Bundan öncə də sionist şirkətlərin qondarma “Dağlıq Qarabağ Respublikası”nda investisiyası barəsində müxtəlif xəbərlər dərc olunmuşdu.

İki il öncə Azərbaycan Respublikasının bəzi mənbələri Azərbaycan Respublikasının işğal olunmuş Xocalı rayonu hava limanının bir sionist rejim və bir Türkiyənin Dəmirçi Makinalar şirkətləri tərəfindən təchiz olunduğunu bildirmişdilər.

  • Yazılıb
  • da (də) 2012 Jul 16