/Aran Agentliyi
 
 
HaqqYolu - Daha bir şəhid adı yazıldı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə
 
Bu şəhid də digər şəhidlər kimi “Kəlmeyi-Şəhadəti”ni dilinə gətirib əmanət olan canını yarı olan Allahına qaytardı. Bəli, Allah başqa cür əmanəti geri almaz. Şəhadət verib Allahdan can istəmişdi bu dünyada yaşamağı üçün və şəhadətlə də geri qaytarmalıydı Hacı Vaqif...
 
Məni ağrıdan başqa bir məsələdir: Vaqif Abdullayev şəhid olanda telejurnalistlərimiz də digər ölkə vətəndaşları kimi, təbii ki, bunun şahidi oldular. Onların vəzifə borcları idi ki, bu müqəddəs şəhadətin şahidi olduqları üçün xalqın, dünyanın müşahidəsinə versinlər bu şəhidin dəfninin videosüjetini. Nəinki videogörüntü, quruca xəbərini belə çox gördülər xalqımıza. Əslində, bununla daha bir jurnalistika, media xəyanətinə adlarını yazdırdı telekanallarımız. Qərəzsiz işləmələrini az qala gözümüzə dürtən telekanallar qərəzlərinin mahiyyətini göstərdilər bizə. Və bununla da əsl həqiqətlərini sübut etdilər. Hacı Vaqif və həbs olunmuş digər qəhrəmanlarımız bəraət alacaq inşaallah. Və bu xalqın istəyilə həyata keçəcək. Amma sizə bəraət verilcəkmi, və ya siz həya edib bu bəraəti istəyəcəksinizmi, ey qərəzsizlikdən dəm vuran telekanallar?!! Bəlkə də onu şəhid edənlərin günahı sizdən az olacaq. Çünki ona ədalətsiz hökm oxuyanların özləri dolayısı yollarla dəfələrlə xalqa çatdırmışlar ki, bu sifarişlədir və bununla da ədalətsiz olduqlarını bizə demişlər. Amma siz... Siz axı başqa iddiadasınız! Siz axı özünüzü ədalət carçısı hesab edirsiniz. Yox, daha xalqımız sizin bu gəlişigözəl sözlərinizə inanmayacaq. Elə ən böyük ədalət məhkəməsi də sizin üçün qurulacaq Qyamət günü. “Qərəzsiz” qərəzlilər!!!
 
Vüsal Hətəmov
 
Birlik.az