AİP-in sədr müavininin ölümündə məsul Bakı dövlətidir. Azərbaycanda insan haqlarının pozulması, əsasən də məhbusla qarşı haqsızlıq yüksək həddədir.
  g/Aran Agentliyi
AranNews - Mənbəmizin İslam İnsan Hüquqları Komissiyasının 7-ci bölməsinin ofisinin sosial əlaqələndirici şöbəsinə istinadla verdiyi məlumata əsasən, bu ofis bayanat verərək, BMT-nin İnsan Haqları Şurasından istəyib ki, AİP-in sədr müavini mərhum hacı Vaqif Abdullayevin şübhəli vəfatını araşdırmaq və həqiqəti aşkarlayıb xalqa çatdırmaq üçün Azərbaycana faktaraşdırıcı missiya göndərsin.
 
Bəyanatda deyilir:
 
Bismillahir-rəhmanir-rəhim.
 
"İnna lillahi və inna iləyhi raciun"
 
Bu bəyanatla, Azərbaycan İslam Partiyasının sədr müavini hacı Vaqif Abdullayevin ürək xəstəliyi olduğu halda zindan məmurlarının ona dərman çatdırmasına mane olduqları üzündən şəhadətsayağı vəfatını bütün haqsevər, azadlıqsevər bacı və qardaşlarımıza və Azərbaycan Respublikasının müsəlman və dindarlarına başsağlığı veririk.
 
Hacı Vaqif Abdullayev hicab qadağasına etiraz etdiyi üçün 2011-ci ilin yanvar ayında təhlükəsizlik orqanlarının əsassız ittihamları ilə 11 il həbs cəzasına məhkum olundu, halbuki, bu ittihamlar heç vaxt sübuta yetmədi. AİP-in sədr müavini İslam dəyərlərinin qorunması  uğrunda bir ömür mücahidətdən sonra zindanda şəhadətə yetişdi və onun vəfatının səbəbi ürək xəstəliyi kimi göstərildi.
 
Bu məsələdə heç bir şühbə yoxdur ki, AİP-in sədr müavininin ölümündə məsul Bakı dövlətidir. Hazırda faktlara və Bakı dövlət orqanlarının qabaqcadan onun fiziki durumundan və ürək xəstəliyinin olmasından xəbərdar olmalarına diqqət yetirməklə, beynəlxalq təşkilatların, əsasən də BMT-nin İnsan Haqları Şurasının AİP-in sədr müavininin şəhadətinin səbəblərini araşdırmaq üçün tezliklə bu ölkəyə faktaraşdırıcı missiyanın ezamını təşkil etməsi zəruridir.
 
Bir neçə həftə bundan qabaq Hacı Vaqif Abdullayevin fiziki durumunun ağırlaşması ilə eyni zamanda AR-nın insan haqları müdafiəçiləri məhkəmədən ölkə qanunlarına uyğun əməl etmələrini və onun həbsdən azad olunmasını istəyiblər. Lakin, əlaqəli orqanlar bu mövzudan yayınmış və onun həbsxanada şəhid olmasına şərait yaratmışlar.
 
Təəssüflər olsun ki, Azərbaycanda insan haqlarının pozulması, əsasən də məhbusla qarşı haqsızlıq yüksək həddədir və dövlət dindarları, hicab və hüquq müdafiəçilərini saxta və əsassız ittihamlarla həbs edir, hətta onların ailələri də ilə görüşməsinə imkan vermir.
 
İslam İnsan Hüquqları Komissiyasının 7-ci bölgəsinin ofisi bu hadisədən öz təəssüf və narahatlığını bildirmək, həmçinin, AİP-in sədr müavininin şəhadətini onun ailə üzvlərinə, dostlarına başsağlığı verməklə yanaşı, Azərbaycanda insan haqlarının pozulması, əsasən də məhbusla qarşı haqsızlıqdan çox nigəran olduğunu bildirərək, bu ölkədə insan haqlarının pozulmasını pisləyib. Bu təşkilat Bakı dövlətinin müsəlman ölkəsində ədalət uğrunda mübarizənin və islami oyanışın qarşısını ala bilməyəcəyini də vurğulayıb.
 
Bəyanatın sonunda gəlib: "Bunula, BMT-nin İnsan Haqları Şurasından istəyirik ki, AİP funksioneri hacı Vaqif Abdullayevin  şübhəli vəfatının səbəblərini araşdırmaq və həqiqəti aşkarlayıb xalqa çatdırmaq üçün Azərbaycana faktaraşdırıcı missiya göndərsin".
 
İslam İnsan Hüquqları Komissiyasının 7-ci bölməsinin ofisi