Təbriz əhalisi Azərbaycan Respublikası İslam Partiyasının sədr müavini şəhid hacı Vaqif Abdullayevin xatirəsini anıb
  /Aran Agentliyi
Təbriz əhalisi Azərbaycan Respublikası İslam Partiyasının sədr müavini şəhid hacı Vaqif Abdullayevin xatirəsini anıb.
 
Hacı Vaqif Abdullayevin şəhid olmasının 7-ci günündə Təbriz əhalisi müxtəlif tədbirlər keçirərək, onun xatirəsini yad edib.
 
Azərbaycan Şəhidləri Məzarlığında hacı Vaqif Abdullayevin xatirəsinin anılması, İranın Şimal-Qərb İnsan Haqları Komissiyası tərəfindən hacı Vaqif Abdullayevin şəhadətinin hüquqi cəhətlərinin araşdırılması və Azərbaycan Respublikasında hicab hərəkatının ilk şəhidi hacı Vaqif Abdullayevin xatirəsini yad etmək üçün anım mərasiminin keçirilməsi bu tədbirlərdən olub.
 
Təbriz əhalisi daim Azərbaycan xalqının İslami hərəkətini himayə edib və Azərbaycan məsələlərində yaxından iştiraka malik olub.