Tarix : 2012 Jul 18
Kod 31647

Hacı Vaqif Abdullayevin 7-i mərasimi Masallıda keçiriləçək

Hicab Şəhidi Hacı Vaqif Abdullayevin 7-mərasimi anadan olduğu Masallı Şəhərində keçiriləçək.
/Aran Agentliyi

Sabah Hacı Vaqif Abdullayevin şəhadətinin 7-ci günüdür. Hicab şəhidi Hacı Vaqif Abdullayevin 7-i mərasimi saat 11:00-da Masallı Şəhər Cümə məscidində keçiriləçək.Məclis saat 14:00-dək davam edəcək.

Qeyd edək ki, V. Abdullayev Azərbaycan İslam Partiyasının sədr müavinidir. 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

Daha sonra barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Vaqif Abdullayev şərlənərək Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bir müddət öncə Vaqif Abdullayevin qan nümunələri Onkologiya xəstəxanasına göndərildikdən sonra məlum olub ki, AİP funksionerinin qanında xərçəng xəstəliyi var. Həkimlər onun xəstəliyi ilə əlaqədar qapalı şəraitdə saxlanıla bilməməsi rəyini vermişlər. Buna baxamayaraq onun azadlığa buraxılmasına və ailə üzvləri ilə görüşünə icazə verilməmişdi.

İyul ayının 12-si 2012-ci il tarixində Hacı Vaqif Abdullayevin şəhadət xəbəri yayıldı.

İlk Hicab Şəhidi Bakı şəhəri Dədə Qorqud qəbirəstanlığında dəfn edilib.

Allah rəhmət eləsin!!!

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Jul 18