Bu hissələrin bəziləri kədərli, bəziləri sevgi ilə dolu idi. Xanım Mehparə Səmədovanın tribunaya qalxdığı anlar
  /Aran Agentliyi
AranNews - Həzrət Ayətullah əl-üzma Xameneinin əsərlərinin qorunması və nəşri ofisinin informasiya bloku "Qadınlar və İslami oyanış" konfransına qatılan xanımların İmam Xomeyni (rh) hüseyniyyəsində Ali Məqamlı Rəhbərlə görüşündən bəzi hissələri nəşr etmişdir. Bu hissələrin birində deyilir: "Bəzi hissələr epik, bəzilərinin məzmununda qəm, bəzi hissələr isə eşq və sevgi ilə dolu idi. Azərbaycanlı xanım Mehparə Səmədova elə şirin və mehriban danışırdı ki, tərcümə aparatını yerə qoyub, onun çıxışına qulaq asmağa başladım. Mehparə xanım, hal-hazırda Azərbaycanda həbsdə olan doktor Mövsüm Səmədovun həyat yoldaşıdır. O, çıxışında deyirdi: "Salam ey ümidimiz, ey əzizimiz! Salam ey əziz Rəhbər! Biz sizə aşiqik və sizə fədayıq. Mən Azərbaycandan gəlmişəm və əziz bacılarımın yanındayam". Bu vaxt onun həmvətənləri fəryad çəkdilər: "İslama azadlıq, hicaba azadlıq!" Mehparə xanım davam etdi: "Biz azadlıq üçün sizdən kömək istəyirik. Canbaz (veteran) rəhbərimizdən məhbuslarımız üçün dua etməsini istəyirəm". Bu ana qədər ağlamayanların gözləri indi yaşla doldu. Artıq onun nə deməsini başa düşmək lazım deyildi. Onun kəlamını cilalandıran eşq və sevgi hamını öz təsiri altına salmışdı. Bizim yanımızda oturmuş onun həmvətənlilərindən biri ayağa qalxaraq xüsusi tonla fars və azəri ləhcələrində və ağlaya-ağlaya bir şeri fars dilində oxudu. Göz yaşları onun səsini boğdu və o oturmağa məcbur oldu".