Tarix : 2012 Jul 18
Kod 31662

''Aran'' elmi-tədqiqat jurnalının yeni sayı nəşr olundu

''Aran'' elmi-tədqiqat jurnalının 30 və 31-ci (bahar və yay1391) sayı 190 səhifədə çap və nəşr olundu
/Aran Agentliyi

"Aran" elmi-tədqiqat jurnalının 30 və 31-ci (bahar və yay1391) sayı 190 səhifədə çap və nəşr olundu.

AranNews - Aran jurnalının bu sayında Qafqaz regionu ilə bağlı tarixi, coğrafi, mədəni və siyasi mövzularda doqquz elmi məqalədən əlavə, "Təbriz Azad İslam Universitetində Xəzər dənizinin hüquqi rejimi", "Təbriz Universitetində Türkmənçay müqaviləsi" kimi elmi-ixtisasi konfranslardan xüsusi xəbərlər, kitablarla tanışlıq, Aran Xəbər Agentliyinin seçilmiş xəbərləri verilmişdir. Bundan əlavə, məqalələrin xülasəsinin (abstrakt) azərbaycan və ingilis dillərinə tərcüməsi jurnalın sonunda verilmişdir.

Jurnalın bu sayında gəlmiş məqalələr bunlardır:

Azərbaycan Respublikası tarixin burulğanında-Həsən Qulu, jurnalın redaktoru.

Azərbaycan-İran münasibətlərinin soyumasının kökləri-Doktor Bəhram Əmir Əhmədyan, universitet müəllimi və Qafqazşünas.

Azərbaycan Respublikası dövlətinin din siyasəti-Həsən Şikari,Tehran Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları fakültəsinin doktorantı.

Azərbaycan və İsrailin Qarabağ münaqişəsi çərçivəsində strateji münasibətlərinin araşdırılması-Doktor Əbdülrza Fərəcirad, Tehran İslam Azad Universitetinin Elm və Araşdırmalar kafedrasının geosiyasi assistenti, Məhəmməd Dərxor, Tehran İslam Azad Universitetinin Elm və Araşdırmalar kafedrasının coğrafiya bölməsinin siyasi coğrafiya elmləri namizədi və Seyid Hadi Sadati, Tehran Əllamə Təbatəbai Universitetinin Regional Tədqiqatlar fakültəsinin magistri.

İsrail və Cənubi Qafqaz münasibətləri və onun İran İslam Respublikasının milli təhlükəsizliyinə təsiri-Seyid Məhəmmədrza Musəvi, Tehran Əllamə Təbatəbai Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları fakültəsinin magistri və Hüseynəli Tutu, Tehran Universitetinin Regional Tədqiqatlar fakültəsinin magistri.

Azərbaycan Respublikası dövlətinin "Eurovision" müsabiqəsində rüsvay olması-Vəli Cabbari, şiəşünaslıq ixtisası üzrə magistr.

Hacı Zaynalabidin Şirvaninin görüşlərinə baxış- Doktor Məhəmməd Salmasizadə, Təbriz Universitetinin tarix kafedrasının dossenti və Fərşad Cəfəri, Urmiya Universitetinin tarix fakültəsinin magistri.

Şirvanşahların Teymurilər ilə münasibətləri- Vəli Dinpərəst, Təbriz Universiteti tarix kafedrasının assistenti.

Azərbaycan və onun əhalisinin mövqeiyyəti Abbas Mirzənin təfəkküründə- Sadiq Heydərniya, Mədəniyyət Tədqiqatları və İslam Düşüncələri elmi heyətinin üzvü.

Redaktor, jurnalda belə bir əsas suala "Azərbaycan Respublikası tarixin böyük burulğanına düşəcəkmi?"- toxunur və bunun cavabında yazır: "Dünya müsəlmanları, əsasən də İran İslam Respublikasının xalqı Azərbaycan Respublikasını İslam ölkəsi kimi tanıyır və onun islami oyanış prosesinə daxil olacağını ümid edir. Digər tərəfdən isə islami oyanışın əleyhinə olan ABŞ və sionist rejimi kimi ölkələr Azərbaycanı hökumətinin sekülar, xalqının dini əsaslarla o qədər tanış olmayan bir ölkə kimi tanıyır və ona geostrateji və geosiyasi mövqedən baxır, onu öz siyasətlərini davam etdirmək üçün uyğun arena hesab edirlər. Hətta, yeni Yaxın Şərq planının həyata keçirilməsində və özlərinin yeni strateji birlik çevrələrində Azərbaycan ölkəsindən bolluca istifadə etməyə çalışırlar".

Qeyd edək ki, "Aran" elmi-tədqiqat jurnalı Qafqaz regionu ilə bağlı tarixi, coğrafi, mədəni və siyasi mövzularla ixtisaslaşmış nəşriyyə olaraq, Aran İnstitunun konsessiyaçılığı və Həsən Qulunun redaktorluğu ilə nəşr olunur.

  • Yazılıb
  • da (də) 2012 Jul 18