Tarix : 2012 Jul 19
Kod 31666

Cəlilabadda etiraz aksiyasının təfərruatları

Aksiyanın keçirilməsinə səbəb iki il öncə Cəlilabad polis idarəsində işgəncə verilərək öldürülmüş Seydanov Qəzənfər Hidayət oğlunun qardaşı Mülayim Seydanovun həbsidir
/Aran Agentliyi

Xəbər verdiyimiz kimi bu gün günorta saatlarında Cəlilabad polis şöbəsi qarşısında etiraz aksiyası keçirilib. Aksiya zamanı polis əməkdaşları və etirazçılar arasında əlbə-yaxa döşüş gedib. Ağır xəsarət alan olmayıb.

Aksiyanın keçirilməsinə səbəb iki il öncə Cəlilabad polis idarəsində işgəncə verilərək öldürülmüş Seydanov Qəzənfər Hidayət oğlunun qardaşı Mülayim Seydanovun həbsidir.

Mərhum Qəzənfər Seydanovun ailə üzvləri və qardaşı Mülayim Seydanov Azərbaycan DİN-nə və Respublika Prokurorluğuna Qəzənfər Seydanovun polis idarəsində öldürülməsi ilə əlaqədar xeyli sayda şikayət ərizəsi yazmışlar. Cəlilabad polisi bundan əsəbləşərək Mülayim Seydanovun cibinə narkotik ataraq onu həbs etmişdir.

Xeber44.com saytı xəbər verir ki, etiraz aksiyaçıları polis idarəsinin qarşısında toplaşaraq Mülayim Seyddanovun azad olunmasını tələb ediblər.

S. Mülayim həbs olunduqdan sonra onun yaxınları bu həbsin planlı şəkildə olduğunu fikirləşərək polis idarəsinin qarşısında aksiya keçirməyə cəhd etmişlər.

Polis aksiyanın yatırdmaq üçün S.Mülayimin yaxınlarını onunla görüşdürmüşlər Seydanov Mülayimdə yaxınlarına narkotik satdığını etiraf etmişdir.

  • Yazılıb
  • da (də) 2012 Jul 19