Tarix : 2012 Jul 19
Kod 31667

Allah bu zülmü götürməz!

Allah Hacı Vaqifə rəhmət eləsin! İmanlı, saf, əqidəli, qeyrətli Vətən övladı idi. Əmim-dayım kimi doğmalıqla sevdiyim ləyaqətli bir insan idi...
/Aran Agentliyi

İlahiyyatçı, fəlsəfə elmləri doktoru Hacı Elşən Mustafaoğlu İslamazeri.az-a Hacı Vaqifin şəhadəti ilə bağlı münasibət bildirib:

Allah Hacı Vaqifə rəhmət eləsin! İmanlı, saf, əqidəli, qeyrətli Vətən övladı idi. Əmim-dayım kimi doğmalıqla sevdiyim ləyaqətli bir insan idi...

Allah bu zülmü götürməz! Nə üstə onu şərləyib həbs etdilər, niyə xəstə insana qarşı bu qədər aqressiv oldular? Nə idi Hacının günahı ki, azadlığı uğrunda illərini sərf etmiş Vətənində AZAD yaşamaq bir yana, ümumiyyətlə yaşamağa imkan vermədilər?

Allah var, dostlar! Dünyada heç bir pislik cəzasız, heç bir yaxşılıq mükafatsız qalmır! Allah bəşəriyyəti zülmkarlardan qorusun!..

Hacı Haqq və ədalət uğrunda şəhid oldu!

Allah Hacıya və dünyasını dəyişən bütün ləyaq sahiblərinə rəhmət eyləsin!..

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jul 19