Tarix : 2012 Jul 19
Kod 31670

Bizlər bu yolda sənə qovuşmaq intizarındayıq

Allah yanında olan məqamın səni ölümün ən gözəlinə, ŞƏHADƏTƏ yetirdi
/Aran Agentliyi

 

Bismillahirrəhmanirrəhim.

Onlardan bəziləri Allahla bağladığı əhdlərə vəfa etdilər. Onların bəziləridə (şəhadət növbəsinin) onlara yetişməsinin intizarını çəkirlər.

Hacı Vaqif, sənin şəhadətin, sənin Allah(c.c) qarşısında məsuliyyət və vəzifəni dərk etməyin, möminlərin qəlbində silinməz iz qoyub və bundan sonrada qoyacaqdır.

Sən bütün mənalı həyatını hər şeydən, canındanda artıq sevdiyin xalqına, vətəninə və dininə həsr etdin. Bu yolda nə bir kəsdən qorxdun nə bir kəsdən çəkindin. Allah yanında olan məqamın səni ölümün ən gözəlinə, ŞƏHADƏTƏ yetirdi. Sən bu yalançı dünyanı tərk etməkliklə cismin bizim aramızdan gedir. Ruhun və ideyaların nə qədər dünya var möminlərin qəlbində özünə yer tutub yaşayacaqdır.

Bu gün bizlər bu yolda sənə qovuşmaq intizarındayıq. Bu məqsəddən bizi zindanın möhkəm divrarları, bizim haqqımızda edilən ədalətsizliklər, mərhumiyyətlər saxlaya bilməz.

Sən xalqının və müsəlmanların dünya və axirət səadətinə yetişməsindən ötəri çalışırdın. Səni şərləyənlər, böhtan atıb zindanın daş divarının arasına atanlar və dünyada şeytani ideyaların qalib gəlməsindən ötəri çalışanlar elə guman etməsinlər ki, sənin və sənin kimilərin Şəhadəti ilə Müqəddəs İslam idayalarını aradan aparacaqlar. Bu yerin, bu göyün, bu Dinin Yaradanı və Sahibi var. O, öz dinini bütün dünyada qalib edəcək və hətta zalim, kafir və münafiqlərin ürəyincə olmasada.

Onlar ki, müsəlmançılıqlarından və dinlərindən ağız dolusu dəm vururlar, sizlərin haqqında edilən zülmləri eşidib susurlar və etirazlarını bildirmirlər; sən məzlumcasına şəhadətinlə onların susan vicdanına elə ləkə və damğa vurdun ki, bu ləkə və damğa onların vicdanlarında heç vaxt getməyəcək.

Səni şərləyənlər çox şeyə qadir olsalarda İlahi əzab onlara yetişəndə o əzabı özlərindən dəf edə bilməyəcəklər.

Onlar elə bilməsinlər ki, Allah onların əməllərindən xəbərsizdir. Onlar elə bilməsinlər ki, onlara verilmiş məqam və imkan əbədi və daimidir. Allahın şiddətli əzabı daima onların görüşü və intizarındadır.

Hicab Məhbusu Seyid Fəramiz Abbasov

Xeber44.com

 

  • Yazılıb
  • da (də) 2012 Jul 19