Tarix : 2012 Jul 19
Kod 31672

Hacı İlqar beynəlxalq BBC tele-radio şirkətinə müsahibəsində İsrail rejiminin terrorçu mahiyyətin...

İranla Azərbaycan elə iki dövlətdir ki, onların münasibətləri dərin köklərdən mənbələnən münasibətlərlə və milli, dini eynilik və müştərək tarixə maliklik...
/Aran Agentliyi

BBC NEWS beynəlxalq tele-radio yayım şirkətinin bir qrup jurnalisti Bakıda xüsusi ezamiyyətdədir. BBC jurnalistlərinin səfərlərində məqsəd - Azərbaycan-İran-İsrail rejimi arasında münasibətlərin sistemini araşdırmaqdır. Bu məqsədlə Azərbaycanın bir sıra ekspertlərindən müsahibələr götürülmüşdür.

DEVAMM sədri Hacı İlqar İbrahimoğludan aldıqları müsahibə zamanı "İran Azərbaycan üçün nədir?" sualına Hacı İlqar: "İranla Azərbaycan elə iki dövlətdir ki, onların münasibətləri dərin köklərdən mənbələnən münasibətlərlə və milli, dini eynilik və müştərək tarixə maliklik, yaxın qonşuluq kimi amillərlə, habelə minlərlə qırılmaz tellərin mövcudluğu ilə səciyyələnir" - deyə cavab vermişdir.

"Azərbaycanın İsrail rejimi ilə hərbi ilişkilərini necə dəyərləndirirsiniz?" sualına isə, İbrahimoğlu bu əlaqələrin mövcudluğundan çox təəssüfləndiyini bildirmişdir: "Məlumdur ki, İsrail rejiminin mahiyyəti dövlət səviyyəsində terrorla səciyyələnir. Bütün ört-basdır cəhdlərinə baxmayaraq, dünya səviyyəsində bu rejimin mahiyyəti tanınmaqdadır. Burada qurulan aparteid rejimi, qanunsuzluqlar artıq hər kəsə bəllidir. Təbii ki, belə bir rejimlə bizim ölkələrinin iqtisadi, hərbi əlaqələrinin mövcudluğunu mənfi qiymətləndiririk".

"İsrail rejimi İrana hucum edə bilərmi?" sualına isə Hacı İlqar: "Düşünürəm ki, bu hücumun ehtimaiı belə ağlasığmazdır. Belə ki, ən yaxın tariximizdə Livanda 33 gün, Qəzzada 22 günlük müharibəyə tab gətirməyən və faktiki məqlubiyyətə düçar olaraq geri çəkilən bir rejimin İran kimi dövlətə hücum etməsi ağlabatan görünmür" - deyə cavablandırmışdır.

Deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Jul 19