Tarix : 2012 Jul 19
Kod 31685

Bu gün AİP-in sədr müavininin anım mərasimi və şəhadətinin hüquqi aspektlərinin araşdırılması icl...

Mərhum hacı Vaqif Abdullayevin şəhadətinin 7-ci günü münasibətlilə cümə axşamı günü saat 17:30-da Aran İnstitunun konfrans salonunda mərasim keçiriləcək
/Aran Agentliyi

Mərhum hacı Vaqif Abdullayevin şəhadətinin 7-ci günü münasibətlilə cümə axşamı günü saat 17:30-da Aran İnstitunun konfrans salonunda mərasim keçiriləcək.

AranNews - Mənbəmizin məlumatına əsasən, Azərbaycan İslam Partiyasının sədr müavininin şəhadətinin 7-ci günü münasibətlilə bu gün (cümə axşamı)  saat 17:30-da  o şəhidin anım mərasimi və şəhadətinin hüquqi aspektlərinin araşdırılması iclası keçiriləcək. Bir qrup vəkil və hüquqşünasların, mədəniyyət fəallarının, Təbriz əhalisinin bəzi nümayəndələrinin və Azərbaycan Respublikasının islamçı fəallarından bir neçəsinin də qatılacağı bu mərasimdə AİP funksionerinun islami şəxsiyyəti və şəhadətinin səbəbləri araşdırılacaq. Sonda iclas iştirakçılarından bir qrupu tərəfindən Azərbaycan Respublikasının hicab hərəkatının ilk şəhidi hacı Vaqif,  Azərbaycan Şəhidləri Məzarında (Təbrizin Rəhmət Vadisi) simvolik anılacaqdır.

Qeyd edək ki, hacı Vaqif Abdullayev hicab qadağasına etiraz etdiyinə və AİP-in sədri doktor Mövsüm Səmədovun dövləti tənqid edən çıxışına görə həbs olunmuşdu və keçən cümə axşamı Bakı həbsxanasında şəhadətə yetdi.

  • Yazılıb
  • da (də) 2012 Jul 19