Bir saat öncə Aran İnstitutunda bir qrup vəkil və hüquqşünasın iştirakı ilə hacı Vaqif Abdullayevin şəhadətinin hüquqi aspektlərinin araşdırılması iclası öz işini başa çatdırdı
  g/arannews
AranNews - Mənbəmizin məlumatına əsasən, bu iclas Təbrizin bir qrup vəkil və hüquqşünasının, mədəniyyət fəallarının iştirakı və Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitunu və İslam İnsan Hüquqları Komissiyasının təşəbbüsü ilə Aran İnstitunun konfrans salonunda keçirildi.
 
İclasın başlanğıcında Aran İnstitunun müdiri Həsən Qulu Azərbaycan Respublikasında islami hərəkat barədə qısa məlumat verərək AİP-in sədr müavini hacı Vaqif Abdullayevin şəhadətinin hüquqi aspektlərinin araşdırılmasını iclasın mövzusu olduğunu bildirdi. Həsən Qulu mərhum şəhidin anım mərasiminə də işarə edərək dedi: "Anım mərasiminin də bu gecə keçirilməsi qərarlaşdırılmışdı. Lakin, vaxt çatışmamazlığı və müqəddimə işlərinə hazırlıq bitmədiyindən mərasimin vaxtı dəyişdirildi və tezliklə Təbrizdə o şəhidin əzəmətli anım mərasimi keçiriləcək".
 
Aran İnstitunun müdirinin açıqlamalarından sonra İslam İnsan Hüquqları Komissiyasının 7-ci bölməsinin katibi Kazimzadə, Elm və Tədqiqat Azad Universitetinin rəisi doktor Cavanpur, Təbrizin prokuroru Əlilu, Ədalət Məhkəməsinin vəkillərindən Pərtəvi, Sənədləşmə Mərkəzinin rəisi Nəqib, Azərbaycan Respubliksı ruhanilərindən höccətül-islam Səduqi, Təbriz ruhanilərindən höccətül-islam Həmzəban və başqaları çıxış edərək, AİP-in sədr müavini şəhid hacı Vaqif Abdullayevin şəhadətinin aspektləri barədə öz nəzərlərini bildirdilər.
 
Qeyd edək ki, bu iclas Təbriz hüquqşünasları, ruhaniləri və məsulları tərəfindən çox geniş qarşılandı.