Doktor Cavanpur: Bütün xalq, əsasən də toplumun elitası Azərbaycan Respublikasının dindarlarını dəstəkləməyə vəzifəlidir
  g/arannews
AranNews - Mənbəmizin məlumatına əsasən, İslam İnsan Hüquqları Komissiyasının şimal-qərb bölməsinin elmi komitəsinin katibi doktor Cavanpur AİP-in sədr müavininin şəhadətinin hüquqi aspektlərinin araşdırılması iclasının ilk natiqi olaraq, hacı Vaqif Abdullayevin şəhid olmasından təəssüfləndiyini bildirməklə yanaşı dedi: "Mən bu ağır itki münasibətilə sizə və bütün Azərbaycan xalqına təbrik deyir və başsağlığı verirəm. Təbrik etməyim ona görədir ki, bu uca şəhidlik məqamı o şəhidin çoxdankı arzusu idi. Başsağlığı verməyim isə Azərbaycanın dindarları cəmiyyəti arasından belə bir şəxsin əldən getməsi münasibətilədir. Bu itki Azərbaycan xalqı üçün çox çətin olacaq".
 
Doktor Cavanpur çıxışının davamında artırdı: "Xalqın tək-tək hər biri və gücü çatan hər bir şəxs, hazırkı tarixin məzlum millətlərindən olan Azərbaycan dindarlarını dəstəkləməlidir". O, daha sonra dedi: "Hacı Vaqif nə üçün və hansı təqsirlə şəhid oldu? Din və hicabı müdafiə etməkdən başqa bir iş etmişdimi?"
 
Doktor Cavanpur özlərini hüquq müdafiəçiləri adlandıran, lakin insanlıqdan xəbərləri olmayan təşkilatların hüquq pozuntularına göz yummalarını pisləyərək dedi: "Bu gün Azərbaycan ölkəsində xalqın və dindarların əsas hüquqları pozulur, ayaq altında qoyulur. Tezliklə bu hərəkətlərə son qoyulmalıdır".