Tarix : 2012 Jul 20
Kod 31695

Təbrizli hüquqşünas: Hacı Vaqif Abdullayevin şəhadətinin səbəblərini araşdırmaq üçün faktaraşdırı...

Xəstə məhbusların hüquqları konvensiyasının 25, 24, 22 və 37-ci bəndləri AİP funksioneri barədə pozulmuşdur
/Aran Agentliyi

Xəstə məhbusların hüquqları konvensiyasının 25, 24, 22 və 37-ci bəndləri AİP funksioneri barədə pozulmuşdur.

AranNews - Hacı Vaqif Abdullayevin şəhadətinin hüquqi aspektlərinin araşdırılması iclasında çıxış edən məhkəmənin birinci dərəcəli vəkili Behnam Pərtəvi dedi: "BMT-nin məhbusların haqlarını himayət qanunları beynəlxalq aləm üçün tənzim olunubdur və bütün ölkələrin ona riayət etməsi lazımdır. Amma bu qanunlara bəzi ölkələrin həbsxanalarında, o cümlədən Azərbaycan ölkəsinin həbsxanalarında riayət olunmur". Vəkil Behnam Pərtəvi xəstə məhbusların hüquqları konvensiyasının 25, 24, 22 və 37-ci bəndlərinə işarə edərək artırdı:  "Əgər bir şəxs hər hansı səbəblə həbs olunsa, onun fiziki problemi olarsa, mülki xəstəxanaya köçürülməli və müalicə edilməlidir".

Vəkil, hacı Vaqif Abdullayev barədə isə 1977-ci il 13 mayda qəbul edilmiş məhbusların hüquqları konvensiyasına toxunaraq artırdı: "Məhbusun öz ailəsi və yaxınları ilə görüşmək haqqı onun barəsində aşkar surətdə pozulmuşdur".

Hüquqşünaslar Assosiyasiyasının üzvü olan Behnam Pərtəvi İnsan Hüquqları Komissiyası  tərəfindən faktaraşdırıcı missiyanın təşkil edilməsini və hacı Vaqif Abdullayevin şəhadətinin səbəblərini dəqiq araşdırılmasını zəruri bildirdi.

Şərqi Azərbaycan əyalətinin Ali Məhkəməsinin Hüquqşünaslar İdarə Heyətinin üzvü çıxışının davamında artırdı: "Güc və hakimiyyət məsulların əlində xalq tərəfindən olan bir əmanətdir ki, onlar hakimiyyəti əldə edərək insanların hər birinin hüquqlarını qorusun. Daha hakimiyyəti ələ alıb xalq qarşısında təkəbbür etmək, haqq etirazçılarının səsini boğmaq üçün deyil və bu xalq əmanətinə xəyanətin bariz nümunəsi hacı Vaqif Abdullayevin şəhidətidir".

  • Yazılıb
  • da (də) 2012 Jul 20