Azərbaycanın ictimai və siyasi arenasında Hacı Vaqif Abdullayev və hacı Mövsüm Səmədov kimi təsiredici şəxsiyyətlərin varlığı ümid yaradır
  /Aran Agentliyi
Azərbaycanın ictimai və siyasi arenasında Hacı Vaqif Abdullayev və hacı Mövsüm Səmədov kimi təsiredici şəxsiyyətlərin varlığı ümid yaradır.
 
AranNews - Mənbəmizin məlumatına əsasən, AİP-in sədr müavininin şəhadətinin hüquqi aspektlərinin araşdırılması iclasında çıxış edən Azərbaycan Respublikasından olan ruhani höccətül-islam Səduqi, mərhum hacı Vaqif Abdullayevi dəyərli şəxsiyyət adlandıraraq deyib: "Mən bu mücahid azərbaycanlının şəhadətini imam Zaman (əc.) ağaya və İranın Ali Dini Rəhbərinə başsağlığı verirəm".
 
Azərbaycanlı ruhani Azərbaycanın ictimai və siyasi arenasında Hacı Vaqif Abdullayev və hacı Mövsüm Səmədov kimi təsiredici şəxsiyyətlərin varlığınının ümidverici olduğunu bildirərək, bu səbəbdən yaxın gələcəkdə ölkədə əsaslı dəyişikliklərin olacağına ümid etdiyini bildirdi.
 
Höccətül-islam Səduqi İran və Azərbaycanın bir-birinə qarşılıqlı və qədim təsirinə, "Məşrutiyyə" qəhrəmanları Səttərxan və Siqətülislamın anılmasına toxunaraq dedi: "Bu şəxslər o zamanlar İranda olan zülmkarlığa qarşı mübarizə apardılar, bu gün də Azərbaycan Respublikasında islamçılar zülmün qarşısında müqavimət göstərirlər ".
 
Azərbaycanlı ruhani Azərbaycanda dindarların əsassız və gülünc ittihamlarla həbsinin təəssüf doğurduğunu bildirdi və bu iclasın mövzusi olan beynəlxalq insan haqlarına riayət edilməməsinə toxunaraq dedi: "Azərbaycanda beynəlxalq qanunlar, o cümlədən məhbusların hüquqları konvensiyasının 22 və 24-cü maddələri aşkar surətdə pozulur".