O,əməldə İslamın sadiq ardıcılı idi və ona görə də azərbaycanlı dindarlar arasında önəmli şəxsiyyətlərdən hesab olurdu
  /Aran Agentliyi
O,əməldə İslamın sadiq ardıcılı idi və ona görə də azərbaycanlı dindarlar arasında önəmli şəxsiyyətlərdən hesab olurdu.
 
AranNews - Müxbirimizin Təbrizin cümə namazından verdiyi xəbərə əsasən, həzrət Ayətullah Müctəhid Şəbüstəri bu həftəki cümə namazının xütbələrində AİP-in sədr müavininin şəhadətinə işarə edərək deyib: “Hacı Vaqif inanclı dindar və Azərbaycanda hicab müdafiəçisi idi. Hicab qadağasına etiraz etdiyi üçün onu həbs etmişdilər və o həbsxanada şəhadətə yetib”.
 
İmam cümə mərhum hacı Vaqifi şəxsən tanımasını da vurğulamaqla yanaşı deyib: “O, əməldə İslamın sadiq ardıcılı idi və ona görə də azərbaycanlı dindarlar arasında önəmli şəxsiyyətlərdən hesab olurdu”.
 
Ayətullah Şəbüstəri AİP funksionerinin həbsxanada şəhid olmasına da toxunaraq deyib: “Dünyanın heç bir yerində xəstəni həbsxanada saxlamaq icazəli deyil. Lakin, təəssüflər olsun ki, hacı Vaqif həbsxana təzyiqlərindən irəli gələn bərk xəstə olmasına baxmayaraq, zindanda saxlanıldı və şəhid oldu”.
 
İmam cümə sonda mübarək Ramazan ayında Azərbaycan Respublikasının müsəlmanları üçün fərəc və qurtuluş yolu arzulayıb.