Rəsmi Bakının icazəsi olmadan Az.R-nın müəyyən bir hissəsində hər hansı bir seçki qanunsuzdur və bu addım ümumi məfkurənin diqqətini Dağlıq Qarabağ ...
/Aran Agentliyi
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi idarəsinin şöbə müdiri deyib: Rəsmi Bakının icazəsi olmadan Az.R-nın müəyyən bir hissəsində hər hansı bir seçki qanunsuzdur və bu addım ümumi məfkurənin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən yayındırmaq mənasındadır.
Bakıda jurnalistlərə verdiyi açıqlamasında bu fikri səsləndirən Əli Həsənov əlavə olaraq qeyd edib: Rəsmi Bakı bu məsələyə rəsmi etirazını nümayiş etdirmək məqsədilə bütün beynəlxalq və əlaqədar təşkilatlara etiraz məktubu ünvanlamaq barədə düşünür.
Az.R parlamentinin sədr müavini Bahar Muradova da Dağlıq Qarabağ məntəqəsində hər hansı bir seçkinin keçirilməsini ümumi məfkurənin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən yayındırmaq və siyasi oyun mənasında dəyərləndiribdir.
Eyni halda Muradova belə bir addımı beynəlxalq qanunlar və konvensiya maddələrinə zidd sayıb.
Qondarma "Dağlıq Qarabağ Respublikasında" prezident seçkiləri 19-da 3 iddiaçı namizədin iştirakı ilə keçirildi. Elan edilən nəticələrə görə Bako Saakyan bir daha qələbə çalıb.
Ermənistanın kənd təsərrüfatı üzrə dövlət universitetinin Qarabağdakı nümayəndəliyinin şöbə rəhbəri Arkadi Sogomoniyan və "Qarabağ parlamentinin" üzvü Vitali Balasaniyan seçkilərin digər iddiaçı namizədlərindən idilər.
Bu ötən 20 ildə qondarma "Dağlıq Qarabağ Respublikasında" keçirilən 5-ci prezident seçkisidir.
İİR bu seçkilərin qanunsuz olduğunu vurğulayan ölkələrdən biridir.