Hakim Yeni Azərbaycan partiyası ( YAP) 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkiləri üçün İlham Əliyevin namizədliyini nəzərdə tutub
  /Aran Agentliyi
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi idarəsinin şöbə müdiri deyib: Hakim Yeni Azərbaycan partiyası ( YAP) 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkiləri üçün İlham Əliyevin namizədliyini nəzərdə tutub.
 
Əli Həsənov qeyd edib: YAP-ın nəzərində İlham Əliyev 2013-cü ildə Az.R-da keçiriləcək prezident seçkiləri üçün yeganə ləyaqətli və qəti namizəddir.
 
Həsənov MediaForuma verdiyi müsahibəsində İlham Əliyevin digər iddiaçı namizədlərə nisbətən ictimai, əxlaqi və siyasi xüsusiyyətlərini açıqlayaraq deyib : İlham Əliyev ölkədə hakimiyyəti ixtiyarına aldığı gündən bəri həmişə ölkənin inkişaf və tərəqqəsi yolunda ciddi səy göstərib.
 
Az.R Prezident Administrasiyasının ictimai-siyasi idarəsinin şöbə müdiri əlavə olaraq deyib: YAP İlham Əliyevin prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qəti fikrini söyləmədiyini nəzərə alaraq onun seçkilərə namizədliyinin irəli sürülməsinə maraq göstərməyibdir.
 
Lakin bunlara baxmayaraq İlham Əliyev 2013-cü ildə Az.R-da keçiriləcək seçkilərdə hakim partiya YAP-ın prezident seçkiləri üçün yeganə iddiaçı namizədi olacaq.
 
Qeyd edək ki , 2013-cü ilin oktyabr ayında Az.R-da prezident seçkiləri keçiriləcək.
 
İlham Əliyev 2003 və 2008-ci illərdə Az.R prezident seçkilərində iştirak edibdir . Az.R-da konstitusiya maddələrində dəyişiklik və prezident seçkilərində bir şəxsin iki dəfədən çox prezident seçilməməsi ilə bağlı qoyulan məhdudiyyətlərin götürülməsini nəzərə alaraq , İlham Əliyev 2013-cü ildə də üçüncü dəfə  olaraq prezident iddiasında ola bilər.