Tarix : 2012 Jul 21
Kod 31702

İranın Bakıdakı səfirinin xudahafizləşmə mərasimi

Azərbaycan R-nın müxtəlif nazirliklərinin məsul rəsmiləri , xarici ölkələrin səfirləri , iranlı qurumların sədrləri və rəsmiləri, eləcədə İran-Azərbaycan Respublikası şirkətləri nümayəndələrindən ...
/Aran Agentliyi

Azərbaycan R-nın müxtəlif nazirliklərinin məsul rəsmiləri , xarici ölkələrin səfirləri , iranlı qurumların sədrləri və rəsmiləri, eləcədə İran-Azərbaycan Respublikası şirkətləri nümayəndələrindən ibarət bir qrupunun iştirakı ilə İranın Bakıdakı səfirinin xudahafizləşmə mərasimi keçirilib.

İranın Bakıdakı səfiri Məhəmməd Baqir Bəhrami bu mərasimdə İİR-nın dünyada sülhün və ədalətin genişləndirilməsinə dair prinsipial siyasətinə işarə edərək qeyd edib: İran dünyanın nüvə silahlarından təmizlənməsinin vacibliyi üzərində təkid edərək belə düşünür ki, bütün bəşər ictimaiyyəti sülhməramlı nüvə enerjisinin qabiliyyətləri və imtiyazlarından bəhrələnməlidir.

Bəhrami habelə həmişə sülh müraciətçisi olan İranın mədəniyyət keçmişinə toxunaraq qeyd edib: Hazırda da İran dünya stabilliyi və təhlükəsizliyinin təminində başlıca rola malikdir.

İranın Bakıdakı səfiri habelə İranın qonşu ölkələrlə bağlı yürütdüyü xarici siyasət kursuna, o cümlədən Tehranla Bakı arasındakı müxtəlif ortaqlıqlara işarə edərək deyib: İran həmişə Tehranla Bakı münasibətlərinin genişləndirilməsinə önəm verib və bu istiqamətdə addımlar atıb.

Azərbaycan Respublikası Baş Nazirliyin müavinliyinin qaçqınlar üzrə komitəsinin sədri Sadıq Qurbanov da bu mərasimdə İranın Az.R-na, xüsusilə də bu ölkənin müstəqilliyə çatmasından sonra etdiyi himayələrinə işarə edərək , bu yardımların İran səfiri Məhəmməd Baqir Bəhraminin səfir vəzifəsində məşğul olduğu dövrdə də davam etdiyini  söyləyib.

Cənab Bəhraminin Az.R-da səfir kimi diplomatik missiyası 3 il bundan qabaq başlanmışdı.

  • Yazılıb
  • da (də) 2012 Jul 21