İslam Azəri” saytının həbsdə olan baş redaktoru Ramin Bayramov zindandan Fakt Xeber saytına yazdığı məktubda ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin son dərəcə ...
  /Aran Agentliyi
İslam Azəri” saytının həbsdə olan baş redaktoru Ramin Bayramov zindandan Fakt Xeber saytına yazdığı məktubda ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin son dərəcə yüksək və gözəl özəlliklərə sahib olduğunu vurğulayaraq belə yazıb: O mərhum o qədər mehriban və dindar bir insan idi ki, həbsdə olduğu  müddət ərzində bütün məhbuslar onun gözəl əxlaqı və rəftarına heyran qalmışdı.
 
İslam Azəri saytının həbsdə olan baş redaktoru əlavə edib: Hacı Vaqif Abdullayev həyatı boyunca heç kimə möhtac olmayıb və yalnız din, vətən, mənəviyyat və əxlaq uğrunda mübarizə aparıb. Şəhadət isə onun ən böyük arzusu olub.
 
İslamçı filosof Hacı Elşən Mustafaoğlu da Hacı Vaqif Abdullayevin xüsusiyyətlərini yüksək qiymətləndirib və deyib: Allah Taala bu əziz, dindar, qeyrətli və ürəyitəmiz insanı öz rəhmət dəryasında qərq etsin. Çünki, o haqq və ədalət uğrunda mübarizədə şəhadət şərbətini içmiş oldu.