Azərbaycan Respublikasında İctimai Palata bir bəyanat yayaraq, ilk hicab  şəhidi Hacı Vaqif Abdullayevin həbsdə dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissi ...
  /Aran Agentliyi
Azərbaycan Respublikasında İctimai Palata bir bəyanat yayaraq, ilk hicab  şəhidi Hacı Vaqif Abdullayevin həbsdə dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissi keçirdiyini bildirib və bu haqda araşdırmaların aparılmasını istəyib.
 
Dəyərlər saytının məlumatına görə, İctimai Palatanın Koordinasiya Şurası özünün son iclasında Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin şəhid olmasını ürək ağrıdan hadisə adlandırıb və bildirib ki, bu şuranın inancına görə, siyasi bir məhbusun həbsdə dünyasını dəyişməsi hakim rejimin əsiri olan digər siyasi məhbusların həyatının da təhlükədə olması ilə bağlı təhlükə siqnalı sayılır.
 
Bu məlumata görə, İctimai Palatanın Koordinasiya Şurası iclasın sonunda əlaqədar hökumət qurumlarından istəyib ki, ölkədə siyasi məhbus məsələsinə son qoyulması üçün dərhal ciddi tədbirlər görülsün və Hacı Vaqif Abdullayevin ölüm səbəbləri ilə bağlı geniş araşdırmaların aparılmasından sonra bu araşdırmaların nəticələri xalqın və İctimai Palatanın diqqətinə çatdırılsın.
 
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Hacı İlqar İbrahimoğlu iclasın sonunda jurnalistlərə deyib: Biz bu iclasda ilk hicab şəhidinin xatirəsini fəxrlə yad etdik, hadisənin təfərrüatını araşdırıb bu haqda bəyanat yaydıq.
 
İctimai Palata Azərbaycan Respublikasında tanınmış siyasi partiyaların siyasi koalisiyası sayılır ki, Müsavat və Xalq Cəbhəsi partiyaları bu koalisiyanın üzvlərindəndirlər.
 
Qeyd etmək lazımdır ki, Hacı Vaqif Abdullayev 2011-ci ilin yanvarında hicab qadağası ilə müxalifətinə görə təhlükəsizlik orqanları tərəfindən saxta ittihamlarla həbs edildi. Ona qarşı irəli sürülən ittihamların  heç bir məhkəmə iclasında öz təsdiqini tapmadı.
 
Azərbaycan İslam Partiyasının sədr müavini İslam dəyərlərini müdafiə sahəsində bir ömür mübarizə apardıqdan sonra, ötən cümə axşamı günü həbsdə şəhid oldu.
 
İslam Partiyasının sədr müavini Akif Heydərli dünən çərşənbə günü deyib: Bakı şəhər Nizami Rayon Məhkəməsinin həkimləri Hacı Vaqif Abdullayevin ölüm səbəbini qan xərçəngi xəstəliyi elan ediblər.
 
Məhkəmə ekspertizasının AİP-in sədr müavininin qan xərçəngi xəstəliyindən əziyyət çəkdiyini etiraf etməsi elə bir şəraitdədir ki, onun belə bir xəstəlikdən əziyyət çəkməsi hələ aylar öncədən məlum idi və Azərbaycan Respublikası qanunları əsasında Hacı Vaqif Abdullayev həbsdən azad edilməli idi.
 
Bir neçə həftə öncədən Hacı Vaqif Abdullayevin səhhətinin ağırlaşması ilə insan haqları müdafiəçiləri əlaqədar orqanlardan qanuna əsasən onun azadlığa buraxılmasını istəmişdilər. Amma, əlaqədar hökumət orqanları qanuna əməl etməkdən çəkinərək, onu həbsdən azad etməmişdilər. Bu da AİP-in sədr müavininin ölümünə səbəb oldu.
 
Hacı Vaqif Abdullayevin dəfn mərasimi yüzlərlə nəfərin müşayiəti ilə Bakının Hovsan qəsəbəsində keçirildi.