Tarix : 2012 Jul 21
Kod 31708

İ. Əliyev və YAP: Lazım gələrsə, 20-ni 40 edərik...

Dağlıq Qarabağda keçirilən “seçkiləri” təqribən 20 ölkənin nümayəndəsi müşahidə edib – KİV
/Aran Agentliyi

Əksəriyyəti ilə Azərbaycan arasında sıx diplomatik əlaqələr olan müxtəlif dünya ölkələrindən 80 nümayəndə tanınmamış Dağlıq Qarabağ Respublikasındakı “prezident seçkilərində” müşahidəçi qismində iştirak edib.

Müşahidəçilər siyahısında ABŞ, Rusiya, Kanada, Fransa, Almaniya, Avstriya, Çexiya, İrlandiya, Polşa, Kipr, Macarıstan, Bolqarıstan, İsrail, Argentina, Uruqvay təmsilçilərinin adı var.

Bundan əlavə, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən “seçkilərdə” müşahidəçi missiyasını həmçinin Ermənistandan olan, Parlament, MSK və digər dövlət strukturlarını təmsil edən bir neçə rəsmi nümayəndə həyata keçirib.

Qeyd edək ki, yuxarıda adları sadalanan ölkələrdən əlavə, tanınmamış Dağlıq Qarabağ Respublikasında “seçkilərə” həmçinin tanınmamış Abxaziya, Cənubi Osetiya və Dnestryanı Respublikanın nümayəndələri də nəzarət edib.

Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki tanınmamış Dağlıq Qarabağ Respublikasında heç bir hüquqi əsasa malik olmayan “prezident seçkilərinin” işıqlandırılması üçün onlarla jurnalist gəlib. Bu barədə separatçıların nəzarəti altında olan Azərbaycan torpaqlarına əməkdaşlarını göndərmiş bir sıra informasiya agentlikləri məlumat verib. Qeyd edilir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, Saakyana 47.085 seçici səs verib. “Qarabağ müdafiə nazirinin” keçmiş müavini Vitaliy Balasanyan 32,50% (22. 966 səs), Ermənistan Dövlət Aqrar Universitetinin “Stepanakert filialının” prorektoru Arkadiy Soqomonyan isə 0,80% (594) səs toplayıb.

Seçkilərdə seçicilərin 73,43%-i (72.833) iştirak edib.

Bu rəqəmlər “seçkilərin” necə "demokratik" keçirilməsini sübut edir. Çünki Ermənistan və Dağlıq Qarabağdakı demoqrafik vəziyyətdən hamının xəbəri var. Hər il Ermənistanı minlərlə vətəndaş tərk edir. Dağlıq Qarabağ və yeddi ətraf rayona gəldikdə isə, burada əhalinin sayı 40 min nəfərdən artıq deyil.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jul 21