Hacı Vaqif, həkimlərin onun fiziki durumunun ağır və xərçəng xəstəliyinə tutulmasını bildirdikləri halda şəhid oldu
g/arannews
AranNews - Mənbəmizin məlumatına əsasən, Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində AİP funksioneri hacı Vaqif Abdullayevi əmr be məruf şəhidi adladırıb və onun həbsxanada şəhadətə yetməsinə işarə edərək deyib: “Hacı Vaqif, həkimlərin onun fiziki durumunun ağır və xərçəng xəstəliyinə tutulmasını bildirdikləri halda şəhid oldu”. Bu şəhidin təqsiri hicabı müdafiə etməsi idi və ona görə də 11 il Azərbaycan Respublikasının qorxunc zindanlarında həbs cəzası çəkməsinə məhkum olunmuşdu- deyə, imam cümə bildirib.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədr müavini keçən həftə həbsxanada şəhadətə yetdi.