Nicat Əliyev məhkəmə zalına əli qandallı şəkildə gətirilib.Hakim Mail Bayramov Nicat Əliyevə istintaqda verdiyi ifadəni təkrar etməsini bildirib
  /Aran Agentliyi
Xebername.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata əsasən dünən saat 16:50-də Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun növbəti məhkəmə iclası keçirilib.
 
Açıq keçirilən iclasda şahid qismində 3 nəfər dindirilib.
 
İlk şahid qismində hal hazırda həbsdə olan vicdan məhbusu azadxeber.az saytının baş redaktoru jurnalist Nicat Əliyev olub.Nicat Əliyev məhkəmə zalına əli qandallı şəkildə gətirilib.Hakim Mail Bayramov Nicat Əliyevə istintaqda verdiyi ifadəni təkrar etməsini bildirib.
 
Jurnalist Nicat Əliyev deyib ki," Mən Hacı Abgül Süleymanovu İslam dinini sevən,cəmiyyətdə İslam dinin müdafiə edən,ana-bacılarımızın qeyrətini çəkən böyük bir qardaş kimi və savadlı bir alim kimi tanımışam.Hacı Abgül Süleymanov daim cəmiyyətdə insanların hüquqlarını müdafiə etməyi təkidnən təbliğ edərdi. Nicat Əliyev daha sonra dövlət ittihamçısının suallarını cavablandırıb.
 
D.İ-Papanindəki çıxışda olmusunuz?
 
Ş-Bəli olmuşam.Amma Hacı Abgülün ordakı  çıxışına sonradan telefonda qulaq asmışam.Çünki o çıxış edərkən,mən ehsan verilməsi üçün işlərə kömək edirdim.
 
D.İ-Hacı Abgül Süleymanov orda nədən danışırdı?
 
Ş-Orta məktəblərdə olan hicaba qadağadan,insanların hüquqlarını müdafiə eləməkdən danışırdı.
 
D.İ-Hicaba azadlıq aksiyasında olmusunuz?
 
Ş-Media kimi iştirak etmişəm.
 
Hakim-Siz nə üçün aksiyaya getmişdiniz?
 
Ş-Mən jurnalistəm.Aksiyaya da ona görə getmişdim ki,ordakı hadisələri işıqlandırım və cəmiyyətə çatdırım.
 
H-Aksiyada insanlar nə deyirdi?
 
Ş-Hicaba azadlıq!
 
Daha sonra hakim Nicat Əliyevdən əlavə sözü olub olmadığı barədə sual verib.Nicat Əliyev bildirib ki :"Bu gün Peyğəmbərin(s), İmam Əlinin(ə) əlləri qandallanıb. Qurani Kərim  qandallanıb. Çünki Hacı Abgül Süleymanov minbərdəki çıxışlarında daim Peyğəmbərdən(s),İmam Əlidən(ə) və Qurani Kərimdən misal gətirərək danışardı.Buna görə də Hacı Abgül Süleymanov qanunsuz şəkildə şərlənərək həbs olunub." Bu zaman hakim vicdan məhbusu Nicat Əliyevin  sözünü kəsib və şahid kimi ifadəsinin bitdiyini bildirərək getməyini deyib.Nicat Əliyev gedərkən məhkəmə iclasında iştirak edən dindarlar "Biz səninlə fəxr edirik.Hər şey yaxşı olacaq inşallah" kimi sözlər deyiblər.
 
Bundan sonra məhkəmə zalına ikinci şahid Bayramova  Səfiyyə dəvət olunub.O sözlərinə belə başlayıb:
 
Bismillahir Rəhmanir Rəhim.Mən İsmayıllı rayon Lahıc kəndində atamın evində idim.Hacı Abgül Süleymanovda orada idi.Birdən qapı döyüldü.Qapını açdılar.Hacı Abgül Süleymanov qorxmayaraq kişi kimi onların qarşısına getdi. Onu yerə yıxıb əllərini bağlayaraq apardılar.Qeyd edim ki,biz qadınlarda bu zaman onları oxloylarla vurduq.Evdə anam,bacım,atam və 8 uşaq var idi.Həmin vaxt yaşanan hadisələr uşaqların gözlərinin qarşısından hələ də getmir.Hacı Abgül qorxaq insan deyil.Onları insan kimi hansısa polis bölməsinə çağırsaydılar kişi kimi gedəcəkdi.Nəinki MTN belə vəhşilik etdi. Daha sonra şahid Səfiyyə Bayramova hakimin və D.İ suallarını cavablandırıb və məhkəmə iclasını tərk edib.
  3-cü şahid qismində Hacı Abgül Süleymanovun həyat yoldaşının anası Mədinə Novruzova çağrılıb.Mədinə xanım da eyniylə Səfiyyə Bayramovun verdiyi ifadəni təkrarlayıb.
 
Ağadadaşov Tərlan və Babayev Eldar ölkədə olmadıqlarına görə ifadələri oxunub.
 
Növbəti məhkəmə iclası iyul ayının 27-i saat 16:00-a təyin olunub.