Bakıda Heydər Əliyev mərkəzində çıxan güclü yanğının ardınca millətçi və sionistlərdən asılı dairələr ümumi fikri yayındırmaq üçün bu məsələdə İranın rola malik olduğunu iddia ediblər
  /Aran Agentliyi
Bakıda Heydər Əliyev mərkəzində çıxan güclü yanğının ardınca millətçi və sionistlərdən asılı dairələr ümumi fikri yayındırmaq üçün bu məsələdə İranın rola malik olduğunu iddia ediblər.
 
Yeni Müsavat qəzetinin yazdığına görə, Qabil Hüseynli deyib: Əminəm ki, bu hadisə bir təxribatçılıq hadisəsi olub və Azərbaycanı hədələyən bir ölkə olaraq İranın belə bir işə əla atacağı ehtimal edilir.
 
Azərbaycan Respublikası Parlamentində tanınmış anti-İran simalardan və millətçi Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri olan Qüdrət Həsənquliyev də deyib: İran və Azərbaycan Respublikası münasibətlərində yaranmış gərginliyi nəzərə alaraq, bu hadisədə İranın rolu olması ehtimalı var.
 
Millətçi simalardan olan Əlyar Səfərli də oxşar iddialar səsləndirib.
 
Heydər Əliyev Mərkəzi son zamanlar qərb memarlıq üslubunda tikilib və Bakının yeni simvolu olaraq təqdim edilir. Bu mərkəz dünən yanğına məruz qalıb.
 
Bəzi mütəxəssislər belə inanırlar ki, bu mərkəzin idarə heyətinin dəyişdirilməsi nəticəsində yaranan narazılıqlar bu yanğının çıxmasında təsirsiz olmayıb. Yəni, Heydər Əliyev Mərkəzində çıxan yanğın hakimiyyətdaxili ixtilaflardan mənşə alan bir hadisə ola bilər i, diqqətləri bu məsələdən yayındırmaq üçün millətçi və sionistpərəst dairələr bu məsələdə İranı ittihamlarndırmaqla həqiqətləri ört-basdır etməyə çalışırlar.
 
Bakı Prokurorluğu hadisə ilə bağlı istintaq prosesinin başladıldığını bildirərək, elan edib ki, yanğın ilə bağlı xarici müdaxilə ehtimalı mövcud deyil.