Azərbaycanda ilk hicab şəhidi Vaqif Abdullayevin mübarək ruhuna həsr olunan şer
/Aran Agentliyi
Bu şeri Azərbaycanda ilk hicab şəhidi Vaqif Abdullayevin mübarək ruhuna həsr edirəm.
El sənə Vaqif!
Xoş halına qardaş ki şəhid günlərə qaldın,
İblis xəbisin canına çün vəlvələ saldın,
Bu zirvəyə çatmaqla necə sən qisas aldın,
Uzatdı rəzil kafir olan əl sənə Vaqif,
Rəmət diləyir indi bütün el sənə Vaqif!
Bu dünyapərəstlər düşünürmü nə edirlər?
Allaha qalib gəlmək üçün cəngə gedirlər,
Nadanlığa bax nəyi qoyub,nəyi sevirləp,!
Cənnətdə yerin var ki,dedi gəl sənə Vaqif,
Rəhmət diləyir indi bütün el sənə Vaqif!
Saflıq və mətinliklə bu cür dərdlərə dözdün,
Napak olanın məfkürəsin səbr ilə pozdun,
Batini duyub hər bir işi haqqına yozdun,
Haqq yolda ikən qurdular əngəl sənə Vaqif,
Rəmət diləyir indi bütün el sənə Vaqif!
Qəlbində Xuda sevgisini fəxr ilə duydun,
Canın bahasına zalımın məkrini soydun,
Züləmti aşan, nura çatan körpünü qoydun,
Gözlərdə axan yaşlar olub sel sənə Vaqif,
Rəmət diləyir indi bütün el sənə Vaqif!
Fəxr etdi sənin tək kişilərlə ana yurdum,
Mərdlik,kişilik məktəbini səndə ki gördüm,
Qəlbimdə Vaqif adlı uca bir qala qurdum,
Bağlandı daha indi neçə bel sənə Vaqif!
Rəhmət diləyir indi bütün el sənə Vaqif!
19.07.12
Zabil Mədoj
Xeber44.com