AİP lideri Möhsüm Səmədovun vəkili hüquqlarını qoruduğu şəxslə görüşə buraxılmır
  /Aran Agentliyi
 
  AİP lideri Möhsüm Səmədovun vəkili hüquqlarını qoruduğu şəxslə görüşə buraxılmır. Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımlı məlumat verib. Vəkilin sözlərinə görə, Penitensiar Xidmətdən görüş üçün məktub təqdim etsə də, 11 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Fikrət Qafarov onu Hacı Mövsüm Səmədovla görüşə buraxmır. “Gah deyir orderinin əslini gətir, gah da deyir ki, bu gün iş günü deyil. Bu hal Hacı Mövsüm Səmədovla bağlı hansısa narahatçılıq olduğuna və rəisin bunu gizlətmək istəməsinə dair əsaslı şübhələr yaradır!”-deyə vəkil əlavə edib.
  Qeyd edək ki, AİP lideri partiyanın baş məclisində hakimiyyətin əleyhinə tənqidi fikirlər səsləndirdikdən və hicac qadağasını sərt tənqid etdikdən sonra həbs edilib. O, AİP-in digər üzvləri ilə yanaşı uzun müddətli azadlıqdan məhrum olunub. Artıq həbs edilən 5 AİP funksionerindən biri Vaqif Abdullayev bir neçə gün bundan öncə həbsxanada dünyasını dəyişib.
  Əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Möhsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.