/Aran Agentliyi
HaqqYolu - Oturmusan İsrailin qucaqında fırlatmaqdan başını gicəlləndirib.
Cənnət Azərbaycanımı Sibirə döndərən nankor məxluqlar! Siz nə vaxta qədər ədaləti boğmaq, həqiqtləri gizlətməklə çirkin əməllərinizə davam edəcəksiniz? Haqq aşiqlərini nə qədər sevgililərindən ayrı qoymağa çalışacaqsınız? Axı onlar Əhli-beyt aşiqləridir və Onların məktəbində yetişməyə çalışırlar. Onların qəlbində Allah deyən ürək döyünür. Sizlər ey, şeytanlar yalnız onların bədənlərinə zərər verirsiniz, amma ruhlarına ki, təsir edə bilmirsiniz. Şeytanın Allahdan güclü olacaqına mı inanırsınız? Vay sizin halınıza.
37-ci illərdə nadan hakimiyyətə haqq söz deyənləri Sibirə sürgün edirdilər və orda onların həyatı amansızcasına sona yetirdi. Bu gün isə Sibiri Azərbaycanda tətbiq edirlər. Qəlbində şeytan yuvası olanların gözünə pis görünən əhli müsəlmana Sibir havası, 37 acısı yaşadırlar.
Ey, taxtında əyləşib müsəlman qanına susayan ! Anlamırsanmı ki, bu əhlin Hüseyni (ə) var? O Hüseyn(ə) ki, hər damla qanı ilə Cihad yazdı və şəhidlik məktəbinin möhrünü vurdu. O Hüseyn (ə) ki, adı çəkiləndə müsəlman qanı cuşa gəlir. Ey, taxtda əyləşən qəlbsiz! Neçə Vaqiflərin qətlinə fərman verəcəksən və zindanlarda nə vaxta qədər yükü Qurandan olanları həbs edəcəksən?
Azərbaycan müsəlmanları növbəti şəhidini, Vaqif Abdullayevi son mənzilə yola saldı. Növbəti haqq dayağından göz yaşları və iftixarla ayrıldı möminlər. Bu göz yaşları momin qardaşımızın ayrılığı üçün, iftixar isə onun şəhadətə qovuşması üçün idi.
Bax, ey əhli hakimiyyət gör ki, sizlər müsəlman üstünə qorxunuzdan gəlirsiniz, amma müsəlman sizlərin nadürüstlüyünüz üstündən arzusuna yetişir , yəni şəhadətə çatır. Mömin Allahın qanunu qoruyur , ancaq siz isə şərəfinizi , mənliyinizi deyil, sadəcə kerslonuzu qoruyursunuz. Sizlər (yəni hakimiyyət) onsuzda bu oyunda uduzmusunuz. Son nəfəsi taxtınızda vermək istəyirsiniz. Siz Azərbaycanı Amerikaya satanda, ölkəni İsrailin şeytanlarının yuvasına döndərəndə uduzdunuz. Sonda düşəcəyiniz hala güləndə elə onlar olacaq.
islamtimes