Azərbaycan Respublikası hökuməti ilə müxalif olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının zindanda səhhəti ağırlaşıb
/Aran Agentliyi
Azərbaycan Respublikası hökuməti ilə müxalif olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının zindanda səhhəti ağırlaşıb.
Siyasi Məhbusun həyat yoldaşı Həcər Pənahlı məlumat verib ki, Nemət pənahlı şəkər xəstəlindən əziyyət çəkir. Bununla bağlı artıq səhhətində ciddi problemlər yaranıb və onun bədənində zəifləmə əmələ gəlib. Vəziyyəti get-gedə ağırlaşır. Onun böyrəklərində də problem var. Bu səbəbdən də o nə şəkər xəstəliyinə, nə də ki, böyrəklərindəki problemlərə görə dərmanlardan istifadə edə bilmir. Nəticədə isə durumu çox ağırlaşıb”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilən N.Pənahlı Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edib.
Son günlərdə digər bir müxalif siyasətçi AİP –in aparıcı üzvlərindən olan Hacı Vaqif Abdullayev zindanda ağır xəstəlik nəticəsində şəhid oldu. O hicab qadağasına etirazına görə həbs olundu, lakin cinayət törətməkdə ittiham edilirdi.