Azərbaycan Respublikası hökuməti ilə müxalif olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının zindanda səhhəti  ağırlaşıb
  /Aran Agentliyi
 
  Azərbaycan Respublikası hökuməti ilə müxalif olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının zindanda səhhəti  ağırlaşıb.
  Siyasi Məhbusun həyat yoldaşı Həcər Pənahlı məlumat verib  ki, Nemət pənahlı şəkər xəstəlindən əziyyət çəkir. Bununla bağlı artıq səhhətində ciddi problemlər yaranıb və onun bədənində zəifləmə əmələ gəlib. Vəziyyəti get-gedə ağırlaşır. Onun böyrəklərində də problem var. Bu səbəbdən də o nə şəkər xəstəliyinə, nə də ki, böyrəklərindəki problemlərə görə dərmanlardan istifadə edə bilmir. Nəticədə isə durumu çox ağırlaşıb”.
  Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilən N.Pənahlı Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edib.
  Son günlərdə  digər  bir  müxalif  siyasətçi  AİP –in aparıcı üzvlərindən olan  Hacı Vaqif Abdullayev  zindanda  ağır  xəstəlik nəticəsində  şəhid  oldu. O hicab qadağasına  etirazına  görə həbs  olundu, lakin  cinayət törətməkdə ittiham edilirdi.