Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki,  Heydər Əliyev Mərkəzində baş verən yanğın hadisəsi , ona 2003-cü ilin aprelində Heydər Əliyevin Respublika Sarayında yıxılmasını xatırladıb
  /Aran Agentliyi
Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki,  Heydər Əliyev Mərkəzində baş verən yanğın hadisəsi , ona 2003-cü ilin aprelində Heydər Əliyevin Respublika Sarayında yıxılmasını xatırladıb.
 
İsa Qəmbər İctimai Palatanın dünən keçirilən sessiyasında çıxışı zamanı deyib : “Bu hadisə eyni qaydada bütün xalqın, bütün ictimaiyyətin diqqətini cəlb edən, simvolik hadisəyə çevrilən, nəinki inanclı insanlar, hətta ateistlər tərəfindən də hansısa ilahi qüvvənin mesajı kimi qəbul edilən bir hadisədir.”
 
İsa Qəmbər əlavə edib : “ Aydın məsələdir ki, xalqımızın sərvəti hesabına tikilmiş bu binanın yanması bir faciədir, itkidir. Biz onu da başa düşürük ki, hakimiyyət o binanın bərpası üçün yenə də xalqın cibinə girəcək, yenə də büdcə pullarından gen-bol xərcləyəcək və bərpaya lazım olandan qat-qat artıq pulu mənimsəyəcək. Amma bütün bunlara baxmayaraq, hadisəni izləyən insanların böyük bir hissəsinin kədərlənmədiyini açıq-aydın gördük. Kədərlənməyənlərə kədərlənənlərin, ya da özlərini kədərlənən kimi göstərənlərin iradlarını eşitdik”.
 
Müsavat başqanı bildirib : “Bir hakimiyyət öz xalqına qarşı nə qədər cinayət, günahlar işləməlidir ki, xalqın bu hakimiyyətə nifrəti bu qədər dərin olsun, bu hakimiyyətin istənilən uğursuzluğu məhz hakimiyyətin uğursuzluğu kimi qəbul olunsun?”