Azərbaycan Respublikası üzrə  siyasi-təhlükəsizlik məsələləri eksperti deyib: Bütün dəlil və sübutlar Bakıda Heydər Əliyev Mərkəzinin yandırılmasında sionist İsrail rejiminin ...
  /Aran Agentliyi
Azərbaycan Respublikası üzrə  siyasi-təhlükəsizlik məsələləri eksperti deyib: Bütün dəlil və sübutlar Bakıda Heydər Əliyev Mərkəzinin yandırılmasında sionist İsrail rejiminin təhlükəsizlik amillərinin əli olduğuna dəlalət edir.
 
Fərdad Əfzəli Təbrizi deyib: Artıq bir müddətdir ki, Bakıda bir çox mühüm və strateji mərkəzlər o cümlədən Heydər Əliyev Mərkəzi tam olaraq MTN-nin və İsraildən gəlmiş təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Belə bir şəraitdə Heydər Əliyev Mərkəzinin yandırılması sadəcə bir hadisənin nəticəsi ola bilməz. Çünki, bu mərkəz Bakı rəsmilərinin elan etdikləri kimi ən modern yanğınsöndürmə sistemi ilə təchiz edilib və yanğına səbəb ola biləcək istənilən hadisə və ya qığılcım dərhal önlənilə bilər. Elə buna görə də, Heydər Əliyev Mərkəzində podratçı şirkət tərəfindən aparılan qaynaq işləri və ya istənilən digər hadisə nəticəsində belə bir geniş yanğının baş verməsi adi hadisə hesab oluna bilməz . Buna görə də, Heydər Əliyev Mərkəzində baş vermiş yanğında MTN işçilərinin və ya İsrailin təhlükəsizlik qüvvələrinin əli olması ehtimalı daha da güclənir.
 
Fərdad Əfzəli Təbrizi əlavə edib: Azərbaycan Respublikası hökumətinin son dərəcə strateji önəmli adlandırdığı Heydər Əliyev Mərkəzinin orada asanlıqla yanğın törədilə biləcək qədər başlı-başına olduğuna inanmaq sadəlövhlük olardı.
 
Azərbaycan Respublikası üzrə siyasi-təhlükəsizlik məsələləri eksperti daha sonra deyib: İsrail öz müttəfiqlərinə xüsusilə də İsrailin yardımlarına nikbin yanaşan Azərbaycan Respublikası kimi ölkələrə xəyanət etməkdə uzun keçmişə malikdir. Belə ki, Türkiyə ilə dostluq iddiasında olmasına baxmayaraq, İsrailin PKK terrorçularını himayə etməsi hamı üçün aydın olan bir məsələdir. Azərbaycan Respublikasında da İsrail rejimi ölkədə təhlükəsizlik problemləri yaratmaqla Bakını daha çox öz nəzarəti altına almış olsun.
 
Fərdad Əfzəli Təbrizi vurğulayıb: Son günlər ərzində sionist rejim başçıları Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Bakı-Tehran əlaqələrinin yaxşılaşdırılması üzrə qərarından son dərəcə narazı qalıblar və müxtəlif yollarla bu məsələnin reallaşmasına mane olmaq istəyirlər. Belə nəzərə gəlir ki, Heydər Əliyev Mərkəzinin yandırılması və sionist dairələrdən asılı ünsürlər və internet saytlarının bu məsələdə İranı ittiham etməyə cəhd göstərmələri elə sionistlərin narazılığından qaynaqlanır.
 
Qeyd etmək lazımdır ki, son illər ərzində sionist rejimin casusluq və terror təşkilatlarının o cümlədən Mossadın Azərbaycan Respublikasındakı iştirakı və nüfuzlarının artmasının ardınca Bakı və Təl-Əviv arasında əldə olunmuş anlaşmaya əsasən Mossad Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin binasında özünün Azərbaycandakı mərkəzi şöbəsini təsis edib. Və iki tərəf arasındakı anlaşmaya əsasən Mossad Heydər Əliyev Mərkəzi və digər strateji dövlət obyektlərinin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikası hökumətinə kömək edir.
 
Heydər Əliyev Mərkəzinin tikinti-quraşdırma işlərinə 2007-ci ildə başlanıb və 10 may 2012-ci il tarixində mərkəzin açılış mərasimi keçirilib. Və elə həmin gün İlham Əliyev Anar Ələkbərovu mərkəzin rəisi təyin etdi.
 
Mərkəzin ümumi sahəsi 15,25 hektardır. Onun 2 hektarı əsas bina və digər tikililər, 13,25 hektarı landşaft ərazisidir. Heydər Əliyev mərkəzi bir məkanda yerləşən və bir-biri ilə bağlı olan üç əsas strukturdan ibarətdir. Kompleksin ümumi mərkəzi 57 min kvadrat kilometrdir. Struktura muzey, 10.854 kvadrat metr sahəsi olan mədəni irs mərkəzi 985 nəfərlik konfrans zalı, 27.880 kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media mərkəzindən ibarətdir. Ümumi istifadə ediləcək sahə 6.039 kvadrat metr təşkil edir.