Tarix : 2012 Jul 23
Kod 31750

Təbriz İranın ən gözəl və inkişaf etmiş şəhəri adlandı

BMT-nin elektron jurnalı (U.N) Təbrizi İranın ən gözəl və inkişaf etmiş şəhəri adlandırdı
/Aran Agentliyi

BMT-nin elektron jurnalı (U.N) Təbrizi İranın ən gözəl və inkişaf etmiş şəhəri adlandırdı.

AranNews - BMT tərəfindən dünyanın müxtəlif ölkələri barədə tədqiq aparılmış və bunun nəticəsi təşkilatın elektron jurnalında yayılmışdır. Bu tədqiqə əsasən, Təbriz İranın ən gözəl və inkişaf etmiş şəhəri adlandılıb. Bu tədqiqdə Tehran, İsfahan, Məşhəd, Şiraz, Qum və Urmiya sonrakı yerlərdə dayanır.

U.N jurnalına əsasən, modern və gözəl tikililər, müasir hava xətləri, təmiz və cazibəli təbiət, ləziz xörəklər, gözəl memarlıq üslubu ilə tikilmiş məscidlər, qədim və tarixi binalar tədqiqin meyarı olmuşdur.

İki il öncə də Umumdünya Səhiyyə Təşkilatı Təbrizi İranın ən sağlam şəhəri kimi seçmişdi. Bu beynəlxalq jurnalda Təbriz şəhərinin digər müvəffəqiyyətlərindən biri də onun xüsusi investisiya  sahəsində və konstitusiyanın 44 maddəsinin siyasətlərinin gerçəkləşməsində öndə dayanmasıdır.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 23