Vəkil Anar Qasımlı AİP-in Astara şöbəsinin məhbus sədri Ruhullah Axundzadənin taleyi ilə bağlı  xəbərdarlıq etdi
  /Aran Agentliyi
Vəkil Anar Qasımlı AİP-in Astara şöbəsinin məhbus sədri Ruhullah Axundzadənin taleyi ilə bağlı  xəbərdarlıq etdi
 
Anar Qasımlı FaktXəbər saytına müsahibəsində bildirib :  "Vaqif Abdullayevin məlum ölümündən sonra Ruhullah Axundzadə  Pentensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almaqdan ehtiyat edir".
 
Vəkil  vurğulayıb : “Ruhulla Axundzadənin səhhətində problemlər var. Onun ürək ağrısından və bədəninə su yığılmasından şikayəti var. Lakin Vaqif Abdullayevin məlum ölümündən sonra o, Pentensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almaqdan ehtiyat edir. ”
 
Anar Qasımlı qeyd etdi ki, Ruhulla Axundzadənin müalicəsi ilə bağlı xaricdən həkim gətirmək üçün müraciət edəcəklər.
 
Vəkil həmçinin bildirib : “ Zindanda AİP funksioneri tamamilə informasiya blokadasına alınıb. Belə ki, ona hər hansı bir qəzetin və ya jurnalın verilməsinə icazə verilmir.” 
 
Qeyd edək ki,  AİP lideri Mövsüm Səmədov partiyanın baş məclisində hakimiyyətin əleyhinə tənqidi fikirlər səsləndirdikdən sonra AİP-in digər üzvləri ilə yanaşı uzun müddətli azadlıqdan məhrum olunub. Artıq həbs edilən 5 AİP funksionerindən biri Vaqif Abdullayev bir neçə gün bundan öncə həbsxanada şəhid olub.
 
Məktəblərdə hicab qadağasına  etiraza görə İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.