Tarix : 2012 Jul 23
Kod 31759

Hacı Vaqif Abdullayevin faciəli şəhadəti ilə bağlı bəyanatlar səngimir

İnanclı Vətəndaşların İnsan Haqlarına Dəstək” Təşəbbüs Qrupu DEVAMM-ın Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin faciəli şəhadəti ilə bağlı bəyanatına qoşulub
/Aran Agentliyi

 

"İnanclı Vətəndaşların İnsan Haqlarına Dəstək” Təşəbbüs Qrupu DEVAMM-ın Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin faciəli şəhadəti  ilə bağlı bəyanatına qoşulub.

Birlik saytının məlumatına görə, “İnanclı Vətəndaşların İnsan Haqlarına Dəstək” Təşəbbüs Qrupu vurğulayıb ki,  bu istiqamətdə bütün müvafiq təsisat və təşəbbüs qrupları birgə addıma keçməlidirlər.

Bundan əvvəl  Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin şəhadəti  ilə bağlı bəyanatinda bildirmişdir: “Biz hesab edirik ki, Vaqif Abdullayev öz baxışlarına görə təqibə məruz qalıb və qeyri-obyektiv keçirilən məhkəmənin əsassız, qeyri-hüquqi hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müəssisələrində xəstəliyinin şiddətlənməsinə baxmayaraq Vaqif Abdullayev ciddi həkim nəzarəti və müalicə ilə təmin edilməyib. Xəstəliyinin son dərəcə şiddətlənməsi mərhələsində belə Vaqif Abdullayevin xilası üçün zəruri addımlar atılmayıb. Bütün bunların nəticəsində Vaqif Abdullayev zindanda dünyasını dəyişib".

Siyasi məhbusların həyat və sağlamlıqlarına birbaşa və aşkar təhlükənin mövcudluğundan narahatlıq bildirən bəyanatda əlavə olunmuşdur : “Bu sahədə vəziyyətin təcili düzəldilməsinə, hər bir vətəndaşın, o cümlədən azadlıqdan məhrum edilmə yerlərində, hüquqlarının qorunmasını tələb edirik”.

DEVAMM sədri İlqar İbrahimoğlu ictimaiyyəti bu bəyanata qoşulmağa çağırıb.

  • Yazılıb
  • da (də) 2012 Jul 23