Tarix : 2012 Jul 24
Kod 31771

Sabirabadda etiraz aksiyası

Azacıq imkanı olan kənd sakinləri rüşvət verərək istədikləri kompensasiyanı alır, ev tikdirir, amma onun imkanı olmadığından heç bir yardım görmür''
/Aran Agentliyi

Azacıq imkanı olan kənd sakinləri rüşvət verərək istədikləri kompensasiyanı alır, ev tikdirir, amma onun imkanı olmadığından heç bir yardım görmür"

Bu saatlarda Sabirabadın icra hakimiyyətinin qarşısında Kür daşqınından əziyyət çəkən Bala Həşimxanlı, Qasımbəyli və Yuxarı Axtaçı kəndlərinin 100-dən çox sakini kompensasiyaların ədalətsiz bölgüsünə etiraz aksiyası keçirir.

Aksiya iştirakçılarından olan, 1993-94 cü illərdə harami düzündə ermənilərlə vuruşda döş qəfəsini dəlib keçən güllə yarası alan Bala Həşimxanlı kənd sakini Penciyev Rafayıl Murad oğlu deyib ki, hələ də ikiotaqlı, çiy kərpicdən tikilmiş, qəzalı vəziyyətdə olan evdə 2 uşaq və ailəsi ilə qorxu içində yaşamasına baxmayaraq ona heç bir diqqət yoxdur. Onun dediyinə görə qardaşı Penciyev Nəsimi Murad oğlu da onun günündədir. Azacıq imkanı olan kənd sakinləri rüşvət verərək istədikləri kompensasiyanı alır, ev tikdirir, amma onun imkanı olmadığından heç bir yardım görmür.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jul 24