Tarix : 2012 Jul 24
Kod 31772

Bakıda partlayış

Bakıda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var
/Aran Agentliyi

Bakıda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var.

Trend-in Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi  məlumata görə, bazar günü Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman ani alışma nəticəsində partlayış baş verib.

Partlayış zamanı yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə, 1 ədəd "MİTSUBİSHİ" markalı kondisioner qarsalanmış və pəncərə çərçivəsi haşiyədən çıxıb. Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb və aidiyyətı üzrə təhvil verilib.

  • Yazılıb
  • da (də) 2012 Jul 24