Tarix : 2012 Jul 24
Kod 31773

Az. R. DİÜDK sionistlərlə əməkdaşlığın zəruriliyini vurğulayıb

Az. R. Diaspora işləri üzrə Dövlət Komitəsi bir daha bu komitənin sionist lobbisi ilə əməkdaşlığının aparılması üzərində təkid edib
/Aran Agentliyi

Az. R. Diaspora işləri üzrə Dövlət Komitəsi bir daha bu komitənin sionist lobbisi ilə əməkdaşlığının aparılması üzərində təkid edib.

Bakıda çıxan Paritet jurnalının yazdığına görə sözü gedən komitənin sədri Nazim İbrahimov Amerika yəhudiləri komitəsinin icraçı komitəsinin rəhbəri Deyvid Haris ilə görüşdə Az. R. və yəhudi diasporaları arasında gedən sıx əməkdaşlığa işarə edərək qeyd edib: Fəal Azərbaycan diaspora qurumlarının dünyanın müxtəlif ölkələrində yəhudi qurumlarla sıx əməkdaşlığı var. Görüşdə Deyvid Haris bu əməkdaşlıqdan məmnunluq ifadə edib.

Az. R-dan xaricdə yaşayan azərilərin işlərinə baxan dövlət komitəsi öz adını diaspora işləri üzrə dövlət komitəsi adına dəyişib. Bu komitə dünyada Qarabağ məsələsinin tanıtdırılması bəhanəsi və məqsədi ilə yaradılmışdı. Lakin bu komitənin sionist rejimin planlarına uyğun olaraq yaradılmasını nəzərə alaraq ötən illər ərzində bu komitənin əsas fəaliyyəti pan-azərilik üzrə millətçilik və İrana qarşı separatçılığın yaradılması olmuşdur.

Son illər də bu komitənin millətçilik fəaliyyəti Az. R-da azlıq təşkil edən xalqların, o cümlədən ləzgilər , talışlar və avarların təhrik edilməsinə səbəb olub. Deyilənlərə görə ləzgilərin Rusiyadakı son tədbirlərinin təşkili də bu məsələdən mənşə alır. 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 24