Tarix : 2012 Jul 24
Kod 31774

Azərbaycanlı diplomatın ''şairlər''lə görüşünə icazə verildi iddia olunur

Rəsmi Bakı İran İslam Respublikasının azərbaycanlı diplomatın İranda MTN sifarişi ilə qeyri-qanuni hərəkətlər törətmiş Fərid Hüseyn və Şəhriyar Hazıcadə ilə görüşünə icazə verdiyini iddia edib
/Aran Agentliyi

Rəsmi Bakı İran İslam Respublikasının azərbaycanlı diplomatın  İranda  MTN sifarişi ilə qeyri-qanuni hərəkətlər törətmiş Fərid Hüseyn və Şəhriyar Hazıcadə ilə görüşünə icazə verdiyini  iddia  edib.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib :”Azərbaycan Respublikasının Tehrandakı səfirliyi ilə İran tərəfi arasında aparılan danışıqlar nəticəsində Azərbaycanın diplomatik nümayəndəsinin bu ölkədə saxlanan MTN  tərəfindən İrana göndərilmiş bu iki nəfər  ilə görüşü barədə razılaşma əldə olunub.”

Elman Abdullayev deyib :” Hazırda görüşün tarixi və digər detalları İran tərəfi ilə razılaşdırılır.”

Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikası rəsmiləri  və  media orqanları  tərəfindən şair kimi  təqdim olunan Fərid Hüseyn və Şəhriyar Hazıcadə Təbrizdə şer festivalında iştirak adı ilə İrana gəlsələr də qeyri-qanuni hərəkətlər  törədib  dövlət  əhəmiyyətli  məkanlardan  gizli  şəkil  çəkdiklərindən sonra  həbs  olunublar. Şərqi  Azərbaycan ostanında  məlumatlı mənbənin PressTV-yə  verdiyi  məlumata görə,  istintaqda  Fərid Hüseyn və Şəhriyar Hazıcadənin MTN tərəfindən  İrana qarşı casusluq və  etnik təhriklər etmək üçün əməkdaşlığa  cəlb olunduqları  məlum olub.

  • Yazılıb
  • da (də) 2012 Jul 24