Tarix : 2012 Jul 24
Kod 31776

Əliyevin müharibəyə cəsarəti çatmır!

Müharibə itki, ölüm, qan deməkdir. Bütün bunlara dözmək üçün möhkəm olmaq lazımdır
/Aran Agentliyi

Müharibə itki, ölüm, qan deməkdir. Bütün bunlara dözmək üçün möhkəm olmaq lazımdır. Rejim başçısı İlham Əliyev isə xaraktercə zəif adamdır və odlu bəyanatlardan başqa əlindən bir iş gəlmir. Çeçen lideri Şeyx Mansur 1785-ci ildə ruslara qarşı müharibəyə başladı. Bu mübarizəni Şeyx Şamil, daha sonra Cövhər Dudayev davam etdirdi. 200 ili aşmış rus-çeçen müharibəsi bu gün də soyumayıb. Çeçenlər nə qədər itki verib? İran dünya imperializmi tərəfindən qızışdırılan Səddamla müharibədə nə qədər itki verdi? 600 min nəfərdən çox! Bu müharibədə İraqı Fransa "Super Etandar" təyyarələri və "Ekzosse" raketləri, ABŞ "Bell" raketləri ilə təchiz edirdi. ABŞ müharibə ərzində İraqa 3,2 milyard dollar həcmində yardım göstərir. Mühüm bu müharibələrdə verilən itki deyil. Mühüm odur ki, çeçenlər də, iranlılar da son nəfərə qədər ölməyə hazır idi. Çünki onların başçıları da döyüşə qatılır, yaralanır, şəhid olurdu. Bütün bunları İlham Əliyev kimi zəif xarakterli bir adamdan gözləmək sadəlövhlükdür. Başçının ürəyi yoxsa, xalq da süstləşir, biganəlşir. Başçı eyş-işrətə meyllisə, əhali də mafioz qruplaşmanın rifahı üçün ölümə getmək istəmir. Allah sizə rəhmət etsin Atalar: Vuran igid dayısına gəyişməz. Qapan it dişin göstərməz. Yüz dəfə vuraram deyincə bir dəfə vur! Yox, həmvətənlər, bu rejimlə heç zaman müharibə olmayacaq. Çünki ölkə başçısının buna cəsarəti çatmır!

Burada gənc Bəyim Həsənlinin “İlham Əliyevə “lazım” lazımdırmı?” yazısının yeridir:

İlham Əliyevin illərdir dilindən düşməyən “lazım gəlsə” ifadəsini hamımız eşitmişik. Nəinki İlham Əliyev hətta vətənşüvənlər də bundan çox istifadə edirlər. Lazım gəlsəymiş əgər biz Qarabağı alarıq, cıdır düzünə bayrağımızı sancar və hətta orda bir toy da çaldırarıq.

Belə bir sual çıxır ortaya ki, “lazım” niyə gəlmir, kimi, nəyi gözləyir? 20 ildən çoxdur Qarabağın düzlərində ərmənilər və ruslar at oynadırlar, yeraltı, yerüstü sərvətlərini çapıb talayırlar. Bundan artıq nə lazımdır günü gündən “güclənən” ordumuzla torpaqlarımızı geri qaytarmağa?

Lazımdır İlhama ? Yox! Gözəl bir el deyimi yadıma düşür bu yerdə. İlham kişi ağrımayan başına niyə yaylıq bağlasın?

18 ildən çoxdur sakit – sakit özü də çapıb talayır Azərbaycanı. Çox da lazımdır ona Qarabağ? Nefti, qazı əlinin altında, qulu, köləsi milyonlarla. Ağzını açanın ya başından vurur, ya dama basır, ya da cibinə pul.

Özü 80 faizini taladığı bir ölkənin 20 faizi qurban olsun ərməniyə.

Hərdən Əliyevin bu çıxışlarına baxanda düşünürəm ki, indi öz ürəyində bizə necə də gülür. Hamımıza! “Axmaqlar, Qarabağ filan gözləyirlər məndən” deyə düşünür.

Acından öləndən sonra ya Qarabağ, ya Qaradağ nə fərqi var? 20 ildir hər tərəfli qara daş basmamışıqmı bağrımıza. Nə Qarabağ bizimdir, nə qara qızıl. Əllərindən gəlsə qaratoyuğumuzu da əlimizdən alarlar.

Bu ölkə sərhədləri daxilində nə varsa ya rus və ərməninindi , ya da soyu, kökü bilinməyən 3-5 nəfərin...

Ə. Həsənov

  • Yazılıb
  • da (də) 2012 Jul 24