Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb
/Aran Agentliyi
Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb
HaqqYolu - Şakir Musayev: “Vaqif Abdullayevin ölümünə ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, hipertrofiya və ən əsası sümük xərçəngi səbəb olub”
Bir neçə gün əvvəl həbsdə dünyasını dəyişən Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev APA-ya açıqlamasında bildirib ki, V. Abdullayevin meyitinin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkar edilməyib. Ekspertizanın rəyinə əsasən V. Abdullayevin ölümünə ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, hipertrofiya və ən əsası xərçəng xəstəliyi (sümük xərçəngi) səbəb olub.
Qeyd edək ki, V. Abdullayev iyulun 12-də Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsində dünyasını dəyişib. V. Abdullayev 2011-ci ildə Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
P.S. Əliyevlər rejimi xəstəxanada yatmalı olacaq şəxsləri həbsxanada saxlayır.
APA