Tarix : 2012 Jul 24
Kod 31780

Suriya məsələsində Türkiyə, İran və Misir birgə hərəkət etməlidirlər - İlqar İbrahimoğlu

''Bəhreyndə və digər yerlərdə daha dəhşətli hadisələr baş verəndə, bu qədər müzakirələr aparılmırdı''
/Aran Agentliyi

HaqqYolu - İlahiyyatçı alim Hacı ilqar İbrahimoğlu Suriyada baş verən hadisələrlə bağlı SalamNews-a açıqlamasında bildirib ki, bu Ərəb ölkəsində cərəyan edənlərə münasibət birmənalı deyil.

Onun sözlərinə görə, bundan əvvəl, misal üçün, Bəhreyndə və digər yerlərdə daha dəhşətli hadisələr baş verəndə, bu qədər müzakirələr aparılmırdı. Amma indi İsrail və ABŞ üçün Suriya vaqeələri önəm daşıyır.

"Fələstin problemlərinə davamlı olaraq müdaxiləyə görə, görünür, Suriyadan bir növ intiqam almaq niyyətləri var. Amma Əsədin diktator mövqeyi xalqın içindən yəqin edilib bir hərəkat baş versəydi, başa düşülərdi. İndiki halda kənardan müdaxilə, süni qızışdırmalar yalnız ona görədir ki, Əsəd getsin, yox olsun. Mənə elə gəlir ki, bu məsələdə Türkiyə, İran və Misir birgə hərəkət etməlidirlər, həm Bəşər Əsəd, həm də Suriya müxalifəti ilə danışıqlar aparmalıdırlar və bu birgə səylər müsəlmanların mənafeyinə yönəlməlidir", - Hacı İlqar İbrahimoğlu deyib.

  • Yazılıb
  • da (də) 2012 Jul 24