Tarix : 2012 Jul 24
Kod 31782

Hacı Vaqif Abdullayev Azərbaycanda ilk hicab şəhidi oldu

Sənədlər Mərkəzi və Milli Kitabxananın direktoru: “Hacı Vaqif Abdullayev İslamın sadiq ardıcılı və İran İslam İnqilabının əsas himayəçilərindən idi
/Aran Agentliyi

Sənədlər Mərkəzi və Milli Kitabxananın direktoru: “Hacı Vaqif Abdullayev İslamın sadiq ardıcılı və İran İslam İnqilabının əsas himayəçilərindən idi”.

AranNews - Mənbəmizin məlumatına əsasən, “Hacı Vaqif Abdullayevin şəhadətinin hüquqi aspektləri iclası”nda İranın şimal-qərb bölgələrinin Sənədlər Mərkəzi və Milli Kitabxanasının direktoru Seyid Məhəmməd Məsud Nəqib öz çıxışında Azərbaycan Respublikası xalqının İslama bağlılığı, gənclərin dinə təmayülü, Məhərrəm ayı və Aşuranın gənclərə təsirindən və onların İran İslam Respublikasından, xüsusilə də dini və mədəni tədbirlərdən təsirləndiyindən danışıb. O, hacı Vaqif Abdullayevi Azərbaycanın hicab yolunda ilk şəhidi adlandıraraq, artırıb: “Azərbaycana etdiyim 21 səfər boyu hacı Vaqif Abdullayevlə yaxından tanış olmuşam və onun mərhum İmam Xomeyni (rh) və Ali Məqamlı Rəhbərin başçılığı ilə baş tutan xalqın İslam İnqilabına tabe olaraq bütün gücünü İslam dəyərlərinin bu ölkədə dirçəlməsinə sərf etdiyini başa düşmüşdüm”.

Aran jurnalının yazarlar birliyinin üzvü Azərbaycanın hökumətinin hicaba qarşı siyasətlərini bu dövlətin qərbyönümlü olması üzündən olduğunu bildirib və İran xalqının Azərbaycan Respublikasının müsəlmanlarını himayə etmələrinin zəruriliyini vurğulayıb. Milli Kitabxanasının direktoru daha sonra Azərbaycan dövlətinin siyasətlərinin İslam hüquqlarının əsasları ilə zidd olduğunu bildirib və islami hicabın bu ölkənin orta məktəblərində qadağan olmasını sionist rejimin anti-İslam siyasəti maraqlarına xidmət edilməsi adlandırıb.

Nəqib həftəlik qəzetinin redaktoru Seyid Məhəmməd Məsud Rza şah zamanı İranda və Atatürk zamanı Türkiyədə hicaba qarşı siyasətlərini xatırladaraq, Azərbaycanın Təhsil Nazirliyini hicab qadağasını ləğv etməyə çağırıb və Azərbaycan ölkəsinin hicablı şagirdlərinin elm və bilik qazanmaq hüquqlarını vurğulayıb.

Sosial və siyasi məsələlər üzrə ekspert Azərbaycan ölkəsinin anti-din və orta məktəblərdə hicab qadağası siyasətlərinin xalqın dini və milli maraqları ilə zidd olmasını qeyd edib və Azərbaycanın konstitusiyasının bəzi maddələrinə istinad edərək, məktəblərdə hicabın qadağan olmasını ölkə konstitusiyasına və beynəlxalq qanunlara zidd olduğunu deyib.

Seyid Məhəmməd Məsud çıxışının sonunda Azərbaycan Respublikası başçılarının regionda, əsasən də İslam ölkələrində baş verən hadisələrdən düzgün nəticə çıxaracaqlarını və ölkənin müsəlman xalqının hüquqlarına hörmətlə yanaşacaqlarına ümidvar olduğunu bildirib.

  • Yazılıb
  • da (də) 2012 Jul 24