Tarix : 2012 Jul 24
Kod 31787

El sənə Vaqif!

Fəxr etdi sənin tək kişilərlə ana yurdum, Qəlbimdə Vaqif adlı uca bir qala qurdum
/Aran Agentliyi

Fəxr etdi sənin tək kişilərlə ana yurdum, Qəlbimdə Vaqif adlı uca bir qala qurdum,

Mərdlik, kişilik məktəbini səndə ki, gördüm, Bağlandı daha indi neçə bel sənə Vaqif!

Rəmət diləyir indi bütün el sənə Vaqif

 

 Əhli Beyt -ABNA- xəbər agentliyi Talış Xalq Şairi “Zabil Mədoj”un Azərbaycanda ilk hicab şəhidi Vaqif Abdullayevin mübarək ruhuna həsr etdiyi şerini ziyarətçilərimizə təqdim edir.

 

Xoş halıva qardaş ki, şəhid günlərə qaldın,

İblis xəbisin canına çün, vəlvələ saldın,

Bu zirvəyə çatmaqla necə sən qisas aldın,

Uzatdı rəzil kafir olan əl sənə Vaqif,

Rəmət diləyir indi bütün el sənə Vaqif!

 

***   ***   ***

Bu dünyapərəstlər düşünümü nə edirlər?

Allaha qalib gəlmək üçün cəngə gedirlər,

Nadanlığa bax nəyi qoyub, nəyi sevirlər,!

Cənnətdə yerin var ki,dedi gəl sənə Vaqif,

Rəmət diləyir indi bütün el sənə Vaqif!

 

***   ***   ***

 

Saflıq və mətinliklə bu cür dərdlərə dözdün,

Napak olanın məfkürəsin səbr ilə pozdun,

Batini duyub hər bir işi haqqına yozdun,

Haqq yolda ikən qurdular əngəl sənə Vaqif,

Rəmət diləyir indi bütün el sənə Vaqif!

 

***   ***   ***

 

Qəlbində Xuda sevgisini fəxr ilə duydun,

Canın bahasına zalımın məkrini soydun,

Züləmti aşan, nura çatan körpünü qoydun,

Gözlərdə axan yaşlar olub sel sənə Vaqif,

Rəmət diləyir indi bütün el sənə Vaqif!

 

***   ***   ***

Fəxr etdi sənin tək kişilərlə ana yurdum,

Mərdlik, kişilik məktəbini səndə ki, gördüm,

Qəlbimdə Vaqif adlı uca bir qala qurdum,

Bağlandı daha indi neçə bel sənə Vaqif!

Rəmət diləyir indi bütün el sənə Vaqif!

Zabil Mədoj.

  • Yazılıb
  • da (də) 2012 Jul 24