Tarix : 2012 Jul 24
Kod 31789

İran MTN-in əsassız ittihamına reaksiya verib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst... XİN-də keçirilən daxili və xarici jurnalistlərlə öz həftəlik brifinqində Səhər telekanalı
/Aran Agentliyi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst XİN-də keçirilən daxili və xarici jurnalistlərlə öz həftəlik brifinqində Səhər telekanalı jurnalistinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Prokurorluğu tərəfindən Hilal Məmmədovun İrana casusluq etməsi ilə əlaqədar İranı ittiham etmələri barəsindəki sualını cavablandırıb: İran İslam Respublikası və Azərbaycan Respublikasının münasibətləri çox gözəl münasibətlərdir və bizim tarixi, mədəni və inanc baxımından çoxlu ortaqlıqlarımız var.

Cərəyanlar və ya ölkələrin iki ölkə arasındakı münasib əlaqələrdən sevinmədiyinə görə, iki ölkə rəsmiləri daha sayıq olmalıdırlar” –deyə Ramin Mehmanpərəst deyib.

İran XİN sözçüsünün sözlərinə görə, çoxlu ortaqlıqlara malik iki qonşu ölkənin münasibətlərinə amillərin zərbə vurmasına icazə vermək olmaz.

Ramin Mehmanpərəst müxtəlif fikirlərin irəli sürülməsinin mümkün olduğunu bəyan edərək deyib: Biz lazımi zamanlarda və münasib yollarla öz tövsiyələrimizi Azərbaycan Respublikası rəsmilərinə elan etmişik və iki ölkə arasında yaxşı məsləhətləşmələr mövcuddur.

Razılıq əldə olunub ki, münasibətlərə mənfi təsir qoya biləcək hərəkətlərin izlənilməsinə icazə verilməsin” –deyə Ramin Mehmanpərəst söyləyib.

XİN rəsmisi ümidvarlıq edib ki, həyata keçirilmiş razılaşmalar və tədbirlərlə yaxın gələcəkdə iki ölkə arasında münasibətlərdə yaxşı vəziyyətin şahidi olacağıq. Çünki iki ölkə rəsmilərinin iradəsi İran İslam Respublikası və Azərbaycan Respublikası arasında müsbət əlaqələrin olması üzərindədir.

Mehmanpərəst Beynəlxalq Səhər telekanalı jurnalistinin qondarma “Dağlıq Qarabağ Respublikasında” prezident seçkilərinin keçirilməsi ilə əlaqədar İran İslam Respublikasının mövqeyi barəsindəki sualını belə cavablandırıb: Bu bölgə böhranla üzləşib və böhran bölgəsi olduğu və Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqlar nəticə əldə etmədiyi zamana qədər bu hərəkətlərin qəbul ediləsi nəticə verəcəyini düşünmürəm.

Mehmanprəst sonda deyib: Çalışmalıyıq ki, iki ölkə arasında müzakirələr müəyyən nəticəni əldə etsin və münasib şəraitdə addım atmaq olar.

Səhər TV

 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 24