Tarix : 2012 Jul 25
Kod 31792

Hicab məhbusu Zaur İsgəndərov həbsdən buraxılıb

Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsinin məhkəməsi hicab məhbusu Zaur İsgəndərovun 3/1-lə şərti olaraq azadlığa buraxılmasına qərar verib
/Aran Agentliyi

İslamazeri.az-ın verdiyi xəbərə görə, 2011-ci il may ayının 6-sında "Hicaba azadlıq 2" aksiyasında həbs olunan  Zaur İsgəndərov həbsxanadan buraxılıb.

Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsinin məhkəməsi hicab məhbusu Zaur İsgəndərovun 3/1-lə şərti olaraq azadlığa buraxılmasına qərar verib.

Zaur İsgəndərov cəzasını şərti olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jul 25